225 saylı məktəbdə qürur həftəsi

225 saylı orta məktəbin şagirdləri Instagram vasitəsilə qürur həftəsi keçirəcəklərini elan ediblər. Məktəbdə təşkil ediləcək ilk qürur həftəsinin 9-15 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.

Təşkilatçılar elanda qeyd ediblər:

“Sinifləri, koridorları, həyətləri öz rəngləri ilə bürüyən məktəbin maviləri olaraq susmuruq, qorxmuruq, boyun əymirik.”

“Bizi birləşdirən tək şey eyni ocaqda təzyiqlərə, zorakılığa, qısnamaya məruz qalmağımıza baxmayaraq, çiyin-çiyinə əyilmədən mübarizə aparmağımızdır.”

“İndi isə bizi yox sayan həmin kuirfob, mizoginist, faşist, seksist sistemə 9-15 oktyabrda məktəbin ilk qürur həftəsi tarixində varlığımızı bir daha göstərməyin vaxtıdır.”




Powered by Froala Editor