Polis döyülən kuir şagirdi təhdid edib
Sentyabrın 27-si 225 saylı məktəbin 11-ci sinif şagirdi Aleks Şah məktəbin digər şagirdi tərəfindən döyüldüyünü bildirmişdi
28/Sep/23
1580
Polis döyülən kuir şagirdi təhdid edib
Sentyabrın 27-si 225 saylı məktəbin 11-ci sinif şagirdi Aleks Şah məktəbin digər şagirdi tərəfindən döyüldüyünü bildirmişdi.
Minority Azərbaycana danışan şagird qeyd edib ki, hadisə sosial şəbəkələrdə ictimailəşdikdən sonra 26-cı polis bölməsinin adını xatırlamadığı əməkdaşı izahat almaq məqsədilə onun yaşadığı evə gəlib və onunla hədə-qorxu dilində danışıb.
“Mənə deyirdi ki, attestat ala bilməyəcəm, paylaşımları silməməklə özümü təhlükəyə atıram. Guya məni media qızışdırır və mən məktəbi pis vəziyyətdə qoymuşam.”
Aleks vurğulayıb ki, polis izahat almaq adıyla gəlsə də, əlaqəsiz mövzulara toxunurdu. Məs., gah Elina Hacıyevanın əslində bullinqə məruz qalmadığını, gah da Söyüdlü hadisələrini göstərən videoların montaj olduğunu bildirirdi.
Aleksin sözlərinə görə, polis onun yanlış adamlara qoşulduğunu, sonunun pis qurtaracağını tez-tez təkrarlayırdı: “Mənim uşağım sənin kimi hərəkətlər eləsə, onu öldürərəm. Anan səni boş buraxıb.”
Polis Aleksə şikayətini geri çəkməli olduğunu dəfələrlə desə də, sonda hadisə ilə bağlı izahat aldıqdan sonra evi tərk edib.
Powered by Froala Editor