Lezbian qrup reklamları Fələstindəki LGBTQ+ların hekayələri ilə əvəz edib

Bir qrup lezbiyan aktivist Londonda ictimai nəqliyyatda reklamları Fələstindəki LGBTQ+ların hekayələri ilə əvəz edib.

Trans, cis və qeyri-binar lezbiyanlar və hər cür inanclı kuirlərdən ibarət The Dyke Project İsrail-Həmas münaqişəsinə son qoyulması çağırışının bir hissəsi olaraq Londonun nəqliyyat şəbəkəsini hədəf alıb. 

Viktoriya metro xəttinə və London qatarlarına təsirli hekayələrdən bəhs edən posterlər vurulub.

Posterlər kuir təcrübələrinin icma tərəfindən yaradılmış rəqəmsal xəritəsi olan Queering the Map - Xəritənin Kuirləşdirilməsi veb saytından ifadələri əks etdirib və həmrəylik mesajı ilə müşayiət olunub.

Hekayələr Fələstindəki insanların mesajını ehtiva edib: "Biz buradayıq və biz kuirik."

Bir başqasında yazılıb: “Mən həmişə səninlə məni günəşin altında, əl-ələ, nəhayət, azad oturduğumuzu təsəvvür etmişəm."



Powered by Froala Editor