Nəfəs LGBTİ Transfobiya Qurbanlarının Anım Həftəsi qeyq edir

Nəfəs LGBTİ Azərbaycan Alyansı 11-10 noyabr tarixlərində Transfobiya Qurbanlarının Anım Həftəsini qeyq edəcəyini elan edib. 

20 noyabr dünyada Transfobiya Qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd olunur. Bu gün cəmiyyətin dözümsüzlüyü səbəbilə zorakılığa məruz qalan və qətl edilən transların xatirəsinə həsr edilib.

Nəfəs LGBTİ Azərbaycan Alyansı bildirib ki, “Azərbaycan kimi transfobiyanın pik nöqtədə olduğu ölkələrdə bu günün altını cızmaq, translara qarşı törədilən zorakılığın və cinayətlərin görünürlüyünü artırmaq həyati əhəmiyyətə malikdir.” Bu məqsədlə də, Nəfəs LGBTİ Azərbaycan Alyansı 11-10 noyabr tarixləri aralığında Transfobiya Qurbanlarının Anım Həftəsini qeyq edəcəyin  bildirib. 

Alyans qeyd edib ki, təhlükəsizlik və logistic səbəblərdən 11 və 15 noyabr tarixlərindəki tədbirlər ancaq qeydiyyat və təsdiq əsaslı mümkün olacaq. Qeydiyyatı təsdiqlənən qonaqlarla əlaqə saxlanılancaq və onlar logistik məlumatla təmin ediləcəklər. 

Qeydiyyat üçün linkə keçid edin.



Powered by Froala Editor