Transların Anım Həftəsinin növbəti panel müzakirəsi
Nəfəs LGBTİ Azərbaycan Alyansı Transların Anım Həftəsinin növbəti görüşünü uğurla bitirdiyini bildirib
16/Nov/23
1023
Transların Anım Həftəsinin növbəti panel müzakirəsi
Nəfəs LGBTİ Azərbaycan Alyansı Transların Anım Həftəsinin növbəti görüşünü uğurla bitirdiyini bildirib.
Nəfəs LGBTİ sosial media hesabında bildirib:
“6-cı ilinin tamamında rəsmi 86, qeyri-rəsmi 250-dən çox icma yoldaşımızın həbsi ilə nəticələnən, son illərdə bu qəbildə həyata keçirilən ən böyüyü olduğu üçün icma arasında həm də "LGBTİ+ ovu" kimi tanınan 2017-ci il hadisələrini xatırlamaq, daha doğrusu unutdurmamaq üçün “Kuir yaddaş: 2017-ci il hadisələrini unutmadıq”adlı panel müzakirədə icmamız və dostları ilə bir yerə gəldik.”
Panel müzakirəsinin proqramının ilk hissəsində trans aktivist və rejissor, Transvisionary platformasının təsisçisi Vüsalə Hacıyevanın rejisorluq etdiyi “A və 24 digəri” qısametrajlı filmi nümayiş etdirilib. Film 2017-ci ildə həbs olunan icma üzvlərinin təcrübələrindən, üzləşdikləri polis zorakılığından, yaşadıqları çətinliklərdən bəhs edir.
Daha sonra isə Vüsalə Hacıyeva və feminist və LGBTİ++ hüquqları üzrə aktivist, Minority Azərbaycan təşkilatının koordinatoru Gülnara Mehdiyevanın, hüquqşunas Səməd Rəhimlinin iştirakı və Cavid Nəbiyevin moderatoruluğu ilə panel müzakirə baş tutub.
Paneldə 2017-ci ildəki polis reydləri zamanı zərərçəkənlərin üzləşdiyi qeyri-insani və alçaldıcı rəftar, polis tərəfindən törədilən işgəncə və zorakılıq halları, azadlığa buraxıldıqdan sonra zərərçəkənlərin qarşılaşdığı çətinliklər müzakirə olunub. Nəfəs LGBTİ bildirib ki, panel müzakirədə həm də LGBTİ+ların “sosial və hüquqi ehtiyaclarınıın qarşılanması üçün görülmüş işlərdən, o cümlədən, 2017-ci il hadisələri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə göndərilən A və 24 digəri Azərbaycana Qarşı işinin hüquqi aspektləri, Məhkəmənin hüquq pozuntularını tanıyacağı təqdirdə icmamız adına yarada biləcəyi perespektivlər” haqqında da danışılıb.
Powered by Froala Editor