BMT ABŞ-da LGBTİ+ hüquqlarının qorunmasından narahatdır
BMT-nin İnsan Hüquqları Komitəsi son illərdə ABŞ-da LGBTQ+ icmasına qarşı ayrı-seçkilikdən narazılığını bildirib
17/Nov/23
837
BMT ABŞ-da LGBTİ+ hüquqlarının qorunmasından narahatdır
BMT-nin İnsan Hüquqları Komitəsi son illərdə ABŞ-da LGBTQ+ icmasına qarşı ayrı-seçkilikdən narazılığını bildirib.
Yeni hesabatında BMT komitəsi ABŞ-da çoxsaylı insan və vətəndaş hüquqları pozuntularından, o cümlədən LGBTQ+lara qarşı dövlət səviyyəsində ayrı-seçkiliyin davamlı artmasından “dərin narahat olduğunu” bildirib. Bu barədə Them məlumat verib.
Noyabrın 3-də BMT-nin İnsan Hüquqları Komitəsi ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı araşdırmasını başa çatdırıb. Bu, son 9 ildə ilk belə yoxlamadır. Komitənin hesabatında Birləşmiş Ştatların 1992-ci ildə Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktını imzalamasına baxmayaraq, BMT-nin bu paktını pozmaqda davam etdiyi 29 müxtəlif narahatlıq sahəsi müəyyən edilib. Xüsusilə, komitə kuirlərin müntəzəm olaraq qarşılaşdıqları ayrı-seçkilik rəftarının artması ilə bağlı narahatlığını ifadə edib.
Powered by Froala Editor