225 nömrəli məktəbdə qürur həftəsi yekunlaşıb

27 sentyabrda qürur həftəsinin təşkilatçısı Aleks Şah məktəbdə şiddətə məruz qalıqdan sonra təhsilini dondurub.

Bu da onun 9-15 oktybar tarixlərində məktəbin daxilində planladığı fərqindəlik fəaliyyətinə maneəçilik törədib.

Qürur həftəsinin son günündə Aleks 225 nömrəli tam orta məktəbin qarşısında LGBTQ+ bayrağı açıb.

2021- ci ildən açıq kuir kimliyi ilə məktəbə yeni gəlmiş Aleks Şah 3 il ərzində təhsil sistemindəki kuirfobiyanın fərqinə varıb.

Bir ildə iki dəfə oxuduğu məktəbdə LGBTQ+lara qarşı olan təziqdən şikayət edib. Kuirlərin səslərinə səs olmağa çalışan Aleks hazırda müstəqil olaraq məktəbini boykot edib.

Aleks Şah deyib ki, məktəb rəhbərliyindən, müəllim və şagirdlərdən gələn təziq və təhdidlər onun mübarizəsinə kölgə sala bilməyib. O fəallığı və platformaların dəstəyi ilə məktəbindəki problemlərə diqqət çəkməkdə qərarlı olduğunu bildirib.

“225 pride” kollektivi qürur həftəsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deylir: 

“Zorakılıq cərəyanlarına qarşı get!

LGBTQ+ vətəndaşlar olaraq məşğulluq, mənzil, təhsil kimi həyatımıza təsir edən uzunmüddətli sahələrdə ikiqat diskriminasiya ilə üzləşirik. Özümüzü ifadə və formalaşma məkanlarımızdan olan məktəblərdə daim gender kimliyi, cinsi orientasiyamız və digər marginallaşdırılan kimliklərimizə görə bullinq, qısnama ilə üzləşirik.

“225 Pride” platformasının məqsədi Telman Abbasov adına 225 tam orta məktəbdə LGBTQ+ şagird və məktəb heyəti haqqında fərqindəlik yaratmaqdır. Kompaniyaların görünmək, öz sözümüzü demək üçün mərhələləli yol olduğunu bilirik.

Pulsuz və təhlükəsiz təhsil, məktəb koridorları, sinif otaqları, məktəb həyəti hamımızındır. Təhlükəsiz Azərbaycan qurmaqda iştirak etmək üçün bu platforma 1000-dən çox şagirdə və 100-ə yaxın müəllim heyətinə çağırış üçün vasitə olacaq. LGBTQ+ şagirdlər və məktəb işçiləri ilə bərabərləşmək hamımızın rifahını artdıracaq.”



Powered by Froala Editor