Rusiyalı həkimlər Saşanın sərbəst buraxılmasını tələb ediblər

Prezident Vladimir Putinə açıq məktubda yüzdən çox həkim müharibə əleyhdarı lezbiyen Aleksandra "Saşa" Skotschilenkonun azadlığa buraxılmasını tələb edib. 

Rusiyada yüzdən çox həkim prezident Vladimir Putinə açıq məktub dərc edərək, həbsdə olan lezbiyan rəssam Aleksandra “Saşa” Skotschilenkonu azad etməyə çağırıb. Şənbə günü onlayn şəbəkələrdə və müstəqil Rusiya xəbər portallarında dərc olunan məktubda deyilir: "Tibb ictimaiyyəti olaraq biz Saşanın sağlamlığından çox narahatıq".

33 yaşlı sənətçi cümə axşamı Rusiyanın Ukraynaya hərbi hücumunu tənqid etdiyinə görə 7 il həbs cəzasına məhkum edilib. O, “ordu haqqında yalan məlumat yaymaqda” təqsirli bilinib”, - deyə hökmdə bildirilib.

Powered by Froala Editor