Bu il dünyada 321 trans öldürülüb
İllik araşdırmanın nəticələrinə görə, keçən il ərzində qlobal miqyasda ümumilikdə 321 trans və gender diverse insan qətlə yetirilib
20/Nov/23
853
Bu il dünyada 321 trans öldürülüb
İllik araşdırmanın nəticələrinə görə, keçən il ərzində qlobal miqyasda ümumilikdə 321 trans və gender diverse insan qətlə yetirilib.
Noyabrın 20-də Transgender Avropa (TGEU) Transların Anım Günündə dünyada trans və gender diverse insanların zorakı ölümlərini izləmək məqsədi daşıyan Trans Cinayətləri Monitorinqi layihəsinin faciəli illik yeniləməsini dərc edib.
Hesabatda 1 oktyabr 2022-ci il və 18 noyabr 2023-cü il tarixləri arasında 321 transın öldürüldüyü, rəqəmin əvvəlki ilin 327 qətllə bağlı hesabatından bir qədər aşağı olduğu müəyyən edilib.
Təşkilatın bildirdiyinə görə, qurbanların 94 faizi trans qadınlar və ya trans-feminin insanlar olub və qlobal miqyasda öldürülən transların təxminən yarısı seks işçiləri olduğu müəyyən edilib.
Powered by Froala Editor