Roskomnadzor LGBTİ+ məzmununu bloklayacaq
Roskomnadzor video məzmununda “LGBT təbliğatı” olan pirat xidmətlərin bloklanmasına başlayacaq
20/Nov/23
789
Roskomnadzor LGBTİ+ məzmununu bloklayacaq
Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti) video məzmununda “LGBT təbliğatı” olan pirat xidmətlərin bloklanmasına başlayacaq.
“Vedomosti” (Ведомости) xəbər verib ki, əvvəllər Rusiyada kuir məzmunun nümayişinə görə məsuliyyət yalnız hüquqi xidmətlərə aid idisə, indi pirat xidmətlər, məsələn, Zetflix-online və ya LordFilm yaxın gələcəkdə yoxlanıla bilər.
Roskomnadzor nümayəndələrinin sözlərinə görə, onlar bu cür resursların bloklanması mexanizmini hazırlayıblar. Mexanizm Qadağan olunmuş Materialların Vahid Reyestrindən və hüquqi xidmətlərin öz istəkləri ilə pirat məzmuna keçidlər yüklədiyi başqa verilənlər bazasından məlumatları birləşdirir.
Powered by Froala Editor