İranlı LGBTİ+ fəalı sərbəst buraxılıb
İranlı LGBTİ+ fəalı Sareh 2 dekabrda edam hökmü ləğv edildikdən sonra ağır girov müqabilində azadlığa buraxıldığı həbsxanadan təhlükəsiz ölkəyə gəlib
05/Dec/23
870
İranlı LGBTİ+ fəalı sərbəst buraxılıb
İranlı LGBTİ+ fəalı Sareh 2 dekabrda edam hökmü ləğv edildikdən sonra ağır girov müqabilində azadlığa buraxıldığı həbsxanadan təhlükəsiz ölkəyə gəlib.
Sareh azadlığa gedən bu çətin yolda onu müşayiət edən bütün LGBTİ+ fəallarına minnətdarlığını bildirib. LGBTİ+ icmasını, fəalları və #FreeSareh kampaniyasını dəstəkləyən qlobal ictimaiyyəti təbrik edib.
6 Rəng (İran Lesbian and Trans Şəbəkəsi) Sareh azad edildikdən sonra aşağıdakı bəyanatı verib:
“Sareh 2021-ci ildə İran İnqilab Keşikçiləri tərəfindən İranın şimal-qərbində Urmiya sərhəddində həbs edilib. O, sosial şəbəkədə seksual kimliyi ilə əlaqəli hüquq müdafiəçiliyi edirdi. O, Urmiya Xalq və İnqilab Məhkəməsinin 6-cı şöbəsinin böyük müstəntiqinə göndərilib və orada ona qarşı “homoseksuallığı təbliğ etmək”, “anti-islam şəbəkələri ilə əlaqə saxlamaq” və “xristianlığı təbliğ etmək” ittihamları irəli sürülüb.
“6 Rəngin başlatdığı geniş kampaniyadan sonra İranın və beynəlxalq ictimaiyyətin, o cümlədən qlobal LGBT+ icmasının, həmçinin siyasətçilərin və sənətçilərin dəstəyi ilə Sarehin ölüm hökmü ləğv edildi və o, sərbəst buraxıldı.
“Sarehin azadlığı və təhlükəsizliyi İrandakı LGBT+ hərəkatı üçün mühüm qələbədir. Bu qələbə nümayiş etdirir ki, biz heç vaxt qeyri-insani qərarlara təslim olmamalı və hüquqlarımızın pozulmasına qarşı bütün səyləri göstərməliyik. Qlobal miqyasda səsimizi eşitdirmək və beynəlxalq insan hüquqları mexanizmlərindən istifadə etmək İslam Respublikasına cinayətlərini dayandırmaq üçün təzyiq göstərmək üçün faydalı ola bilər.
“Biz fəxr edirik ki, İran LGBT+ icmasının dünya ictimaiyyəti ilə birlikdə bütün səyləri öz məqsədinə çatdı və Sareh artıq övladları ilə azad və demokratik ölkədə yaşaya bilər”.
Powered by Froala Editor