İranlı LGBTİ+ aktivisti ölümlə üz-üzə
İranlı LGBTİ+ aktivisti Zəhra Sediqi Həmədani İran İnqilab Məhkəməsi tərəfindən homoseksuallığı təbliğ etmək ittihamı ilə edam cəzasına məhkum edilib
04/Sep/22
1660
İranlı LGBTİ+ aktivisti ölümlə üz-üzə
İranlı LGBTİ+ aktivisti, Sare kimi tanınan Zəhra Sediqi Həmədani və Elham Çubdara Urmiyada yerləşən İran İnqilab Məhkəməsi tərəfindən homoseksuallığı təbliğ etmək ittihamı ilə edam cəzasına məhkum edilib.
2021-ci ilin oktyabrında Sare kimi tanınan LGBTİ+ hüquq müdafiəçisi Zəhra Sediqi Həmdani Türkiyədə sığınacaq almaq üçün İran sərhədini keçməyə çalışarkən İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həbs edilib. O, sərhədi qeyri-qanuni keçməkdə günahlandırılıb və BBC Farsi ilə müsahibədə iştirak etdiyinə və İraqın Ərbil şəhərində LGBTİ+lərin vəziyyəti haqqında danışdığına görə hədəfə alınıb.
55 beynəlxalq təşkilat “6rəng” ilə birlikdə iyulun 28-də iranlı LGBTİ+ hüquqları aktivisti Sareyə qarşı bütün ittihamların götürülməsini tələb edən bəyanat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu verdiyi açıqlamada Sareni “homoseksuallığı, qumar oyunları, fırıldaqçılıq və qeyri-qanuni cinsi əlaqələri təbliğ etməkdə və internetdə yaymaqda” ittiham edib. Bununla belə, İİKK tərəfindən bu əsassız ittihamları əsaslandıracaq heç bir dəlil təqdim edilməyib və hesabatlar göstərir ki, Sareyə işgəncələr, o cümlədən təkadamlıq kameradan istifadə etməklə və onu iki uşağının qəyyumluğundan məhrum etmək hədəsi ilə etiraf etmək üçün təzyiq edilib.
İranlı aktivistlər Nəfəs LGBTİ Azərbaycan Alyansına bildiriblər ki, bu ittihamlar İranda cinayət mühakiməsi və ölüm hökmü ilə nəticələnə bilər. “6rəng” Sarenin İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ədalətsiz və qəddarcasına həbs edilməsini və “homoseksuallığı təbliğ etməklə yer üzündə korrupsiyanı yaymaq” ittihamlarını qəti şəkildə pisləyib.
“Hamımıza aydındır ki, baş verənlər qanuni proses deyil, İslam Respublikasının boğucu atmosferində böyümüş bir çoxlarımıza tanış olan şounun təkrar nümayişidir. Sareh dərhal və qeyd-şərtsiz azad edilməlidir. Biz bütün hüquq müdafiə təşkilatlarından və mediadan Sarehin saxlanmasına məhəl qoymamalarını və onun azadlığı üçün çalışmalarını xahiş edirik.”
Powered by Froala Editor