My Little Pony animasiyası Kinopoiskdə 18+ işarəsi alıb

İşarə göy qurşağı rənglərində quyruğu və yalı olan Rainbow Dash adlı poniyə görə dəyişdirilib.

Kinopoisk onlayn kinoteatrı “My Little Pony: Friendship is Magic” uşaq serialının yaş reytinqini dəyişib. Əvvəllər yaş göstəricisi 6+ idisə, indi 18 yaş üzərinə qaldırılıb.

Kinopoisk mətbuat xidməti bildirib ki, yaş həddi “uşaqlar arasında məlumatların yayılması ilə bağlı yeni qanunvericilik məhdudiyyətləri səbəbindən” dəyişdirilib. Buna səbəb Rusiya Ali Məhkəmənin “beynəlxalq LGBT hərəkatını” ekstremist təşkilat kimi tanıması ilə bağlı ayrı-seçkilik xarakterli qərarı olub.


Powered by Froala Editor