Dondurma yalamaq LGBTİ+ təbliğatı kimi görülüb
Deputat iki kişinin dondurma “yalamasını” şübhəli göründüyünü hesab edib
18/Dec/23
875
Dondurma yalamaq LGBTİ+ təbliğatı kimi görülüb
Deputat iki kişinin dondurma “yalamasını” şübhəli göründüyünü hesab edib.
Rusiyanın Novosibirsk şəhərində deputat əllərində dondurma olan iki kişinin fotosunda “LGBT təbliğatı” görüb.
Dekabrın 14-də Novosibirskdə “Mədəniyyət və Turizm” adlı yeni bələdiyyə proqramının təqdimatı keçirilib. Orada 33 dərəcə şaxtada yay paltarında dondurma yeyən "Panda" turist klubunun üzvlərinin fotosunu təqdim ediblər. Deputatlardan biri bu fotonun eynicinsli münasibətlərə işarə etməsi qərarına gəlib.
Mədəniyyət komissiyasının sədri Aleksandr Tarasov bildirib ki, şəhərin mərkəzində kişilərin dondurma ilə çəkilmiş şəkli “qeyri-ənənəvi münasibətləri təbliğ edir”. Bundan əlavə, o, bu kişiləri "zərif və qarlı" adlandırıb. Bu vəziyyətlə bağlı Novosibirsk deputatı Svetlana Kaverzina danışıb.
Powered by Froala Editor