500 nəfər Dreq Kvin Hekayə Saatına qoşuldu
Tədbirin uşaqlar üçün uyğun olmadığını deyən kiçik bir qrup etirazçının olmasına baxmayaraq, böyük bir izdiham Dreq Kvin Hekayə Saatına qoşuldu
04/Mar/19
3366
Etirazlardan sonra təxminən 500 nəfər Dreq Kvin Hekayə Saatına qoşuldu
Tədbirin uşaqlar üçün uyğun olmadığını deyən kiçik bir qrup etirazçının olmasına baxmayaraq, böyük bir izdiham Dreq Kvin Hekayə Saatına qoşuldu. Təxminən 500 nəfər San-Fransiskoda keçirilən Dreq Kvin Hekayə Saatında iştirak etmək üçün toplaşmışdı.
Nə baş verdi?
Brentvud İcma Mərkəzindəki bu böyük toplantı kiçik bir anti-LGBT etirazçılarının tədbirin uşaqlar üçün uyğun olmadığını deməsindən sonra tədbirə dəstək verdi.
Tədbirə ev sahibliyi edən Kontra Kosta Şəhər Kitabxanası belə böyük bir fəallıq gözləmirdi. Tədbirdə Dreq Kvin Bella Aldama ən gənc qonaqları üçün uşaq hekayələri oxudu.
Kontra Kosta Şəhər Kitabxanası tədbirlə qürur duyur. Kitabxananın sözçüsü Bruk Konvers SFGate-ə: "Bizim missiyamız insanları və fikirləri bir araya gətirməkdir. Biz müxtəlifliklərlə dolu olan şəhər və cəmiyyətimizdə hər kəsin nümayəndəsi olmaq istəyirik", - dedi.
Mübahisələr
Təəssüf ki, cəmiyyətin bəzi üzvləri bu cür hadisədən heyran qalmadı, odur ki, etiraz etdilər. Yerli bir Şərq Körfəz saytı olan East County Today-də hadisə barədə xəbərlər yerləşdiriləndə onlar Feysbuk şərhləri ilə bombardmana başladılar - şərhlərin bəziləri müsbət olsa da, çoxu tənqidi idi.
"Mən digər tədbirlərdə heç vaxt bu tip şərhlərlə qaşılaşmamışdım", - Aldama KTVU-a bildirib: "Bir gündə bu qədər neqativ şərh görməmişdim.”
Dreq Kvin Hekayə Saatının həm Kaliforniya, həm də ölkə daxilində aylar boyu davam etdiyini nəzərə alsaq, hələ də məlum deyil ki, niyə bu xüsusi hadisə çox mübahisələrə səbəb olub.
Buna baxmayaraq, Konvers 11 fevral tədbirinə əksəriyyətin dəstək verdiyini söylədi.
O, KTVU-a: "Ən böyük sürpriz biz aldığımız müsbət rəylərdir", - dedi, - "Hər bir mənfi şərhə qarşılıq olaraq çoxlu sayda dəstək şərhi var idi."
“Buna baxmayaraq, Brentvud polis şöbəsindən hadisəyə nəzarət etmək üçün altı uniformasız zabitin gəlməyi üçün kifayət qədər neqativ şərh var idi. Şükürlər olsun ki, hər şey rəvan keçdi.”
Uğurlu tədbir
Aldama neqativ emosiyaları da kənarlaşdırmağı da bacardı.
Aldama East County Today-ə bildirib ki: "Uşaqların müxtəlifliyi və müxtəlif gender kimliklərini əks etdirən kitabları oxumağında yanlış bir şey yoxdur. Hər birimiz fərqliyik və hər kəs hörmətə və sevgiyə layiqdir. Biz heç kimə heç nə öyrətmirik, ya da beyin yumağa çalışmırıq. Dreq Kvinlik gender ifadəsinin bir formasıdır. "
Mənbə: GayStarNews