Qürur ayının qısa tarixi

“Stonewall” qiyamları

1969-cu il Stonewall qiyamları LGBTQİ+ hüquqları hərəkatında dönüş nöqtəsi olub. Ağ olmayan trans qadınların rəhbərlik etdiyi LGBTQİ+lar Nyu Yorkdakı Stonewall Inn barında polis vəhşiliyinə qarşı mübarizə aparıblar. İğtişaşlar bir neçə gecə davam edib və LGBTQ+ aktivizminin dalğasına səbəb olub.

İlk Qürur Yürüşü

1970-ci ildə Nyu-Yorkda ilk Qürur Yürüşü keçirilib. Yürüş LGBTQİ+ların bərabər hüquqlarını tələb etmək üçün siyasi yürüş kimi təşkil edilib.

QİÇS böhranı

1980 və 1990-cı illərdə LGBTQİ+ icması diqqəti QİÇS böhranına cəlb etmək üçün Qürur ayı proqramlarından istifadə edirdi. Fəallar epidemiya ilə mübarizə üçün daha yaxşı səhiyyə və daha çox tədqiqat maliyyəsi tələb edirdilər. 

Bu gün Qürur yürüşü davam edən etiraz və müqavimətdir

Bu hərəkatın tarixini xatırlamaq və bütün LGBTQİ+lar üçün bərabərlik və ədalət uğrunda mübarizəni davam etdirmək vacibdir. 


Powered by Froala Editor