Avstraliyanın göyqurşağı rəngli teleskopları
Avstraliyalı alimlər Mardi Qras karnavalı üçün radio teleskopları göyqurşağı rəngində işıqlandırdılar
06/Mar/19
3043
Avstraliyalı alimlər Mardi Qras karnavalı üçün radio teleskoplarını göyqurşağı rəngində işıqlandırdılar
Avstraliyanın milli elm agentliyi olan CSİRO məşhur ASKAP radio teleskoplarını qürur yürüşü ərəfəsində göyqurşağı rəngləri ilə işıqlandırıb. ASKAP dünyanın ən sürətli radio teleskopudur. Onun 36 antennası Murçison Radio-Astronomiya rəsədxanasından təqribən 800 km-lik məsafədə yerləşir.
Həmin 12 metrlik 36 antennadan altısı hal-hazırda göyqurşağının rənglərini əks etdirir. Onların yerləşdiyi ərazi kosmosun pıçıltılarını dinləmək üçün idealdır. Aşağı səviyyəli radio tezlikləri və mürəkkəb infrasturktur isə kainatın başlanğıcını araşdırmağa imkan verir.
CSİRO-nun 50-ə yaxın işçisi də martın 2-i keçirilən Mardi Qras karnavalında iştirak edib. Sara Piers deyib ki:
"Biz insanlarımızın müxtəlifliyini və onların fərqli baxışlarının innovasiya və gələcəyimizin formalaşmasına təsirini, həqiqətən, qiymətləndiririk."
Festival maraqlı görüntülərlə yadda qalıb.