Anal seks - nələri bilmək vacibdir

Seks bəzi insanlar tərəfindən tabu hesab edilsə də, həqiqətdə yaşamın bir parçasıdır. Seksə baxış tərzi zaman keçdikcə fərqli şəkillər almış; əvvəllər seks yalnız çoxalmaya, törəməyə xidmət edirdisə, sonradan o, həzzin, ehtiras və istirahətin yaradıcısı hesab olunmağa başlamışdı. Şəhvəti artırmaq üçün yeni fantaziyalar yaradılmışdı. Onlardan biri də anal seksdir. O, bəzən “rektal seks” də adlandırılır. Anal seks yanlış yaşanarsa, sağlamlığa zərər vura bilər. Amma təbii ki, ancaq qorumasız və düzgün olmayan seks bunlara yol aça bilər. Sağlam seks yaşamaq və cinsi yolla keçən xəstəlik risklərini azaltmaq üçün anal seksdən əvvəl onun yarada biləcəyi təhlükələri və qorunma qaydalarını bilmək vacibdir.

Təhlükəsiz və zövqverici anal seks yaşamaq üçün 3 mühüm amilin olması mütləqdir:

1) Yumşaldıcı (yağlandırıcı) krem, lubrikant
2) Qoruyucu (prezervativ, kondom)
3) Qarşılıqlı istək və anlayış.

Motivasiya

Hər şeydən əvvəl, vacib faktor istəyin olmasıdır. Şübhə, ya da narahatlığınız ola bilər. Bu da təbiidir. Yoxlamadan xoşlayıb-xoşlamayacağınızı müəyyənləşdirə bilməzsiniz. Yox, əgər bunu partnyorunuzu məmnun etmək üçün könülsüz olaraq edirsinizsə, yaşayacağınız seks həm zövq, həm də təhlükəsizlik baxımından uğursuz ola bilər. Seksə başlamadan özünüzü buna psixoloji hazır edin. Sanki vücudunuzla bir harmoniya yaradırsınız. Ağrı hiss edirsinizsə, hərəkətləri yavaşladın, daha çox kremdən istifadə edin, partnyorunuzla söhbət edin. Anal seks ağrısız olmalıdır. Əgər ağrı yaradırsa, demək, seksi düzgün yaşamırsınız.


Təmizlik

Anal seks iki orqanın təmasıdır: penis və düz bağırsaq. Düz bağırsaq və anus nəcis saxlama orqanı deyil, keçid yoludur. Ona görə də, seksdən bir az əvvəl bağırsaqları təmizləmək, ardınca isə su altında barmağınızla anal kanala toxunmaq olar. Bundan sonra, əmin ola bilərsiniz ki, düz bağırsaqda mikroskopik maddələrdən başqa heç nə qalmayacaq. Bəzən təmizləmə imaləsinin (клизма) köməyi ilə düz bağırsağı qabaqcadan yumağa üstünlük verilir. Bu da uyğundur.


Seksə hazırlıq

Yaxşı olardı ki, seksdən əvvəl ya özünüz, ya da partnyorunuz anal anatomiyanıza bələd olmaq, toxunuşlara verəcəyiniz reaksiyanı müəyyənləşdirmək üçün barmaqla anal deşiyi “məşq etdirsin”. Dırnaqlar bu halda mütləq kəsilmiş olmalıdır! Barmağa və anus sahəsinə əvvəlcədən krem vurmaq lazımdır. Əgər anus sıxılırsa, nüfuzetmə cəhdlərini dayandırmaq və anusun erotik masajına qayıtmaq lazımdır. Bir müddətdən sonra yenidən anusa barmağı daxil etməyə cəhd etmək olar. Nüfuzetmədən sonra barmağı çox dərinə itələmək olmaz. Öyrəşənəcən anusu tədricən genişləndirməyə çalışaraq, barmaqla kiçik dairəvi hərəkətləri etmək olar. Nə vaxt ki, şəxs özünü rahat hiss edəcək, o zaman barmağı bir az daha dərinə daxil etmək olar.


Seks

Şəxs özünü hər tərəfli hazır hiss edikdən sonra rahat pozada penisi anal deşiyə astaca nüfuz etdirmək olar. Bu zaman 3 mühüm vasitə köməyiniz olacaq: 1) Krem (lubrikant), 2) Qoruyucu, 3) Səbir. Ağrı olduğu halda səbir edin və kremdən istifadə edin. Sonra davam edin. Bu zaman partnyorunuzun öpüş və digər seksual hərəkətləri sizi daha da rahatladacaqdır.

DİQQƏT! Təhlükələr.

Anal seks yaşayarkən, porno videolarda gördüyünüz pozaları unudun, hələ üstəlik bu sizin ilk anal seksinizdirsə… Sözügedən pozaların əksəriyyəti təhlükəli ola bilər.

Anus çoxlu kiçik sinir hissəcikləriylə örtülmüşdür və anatomik quruluşu olduqca incədir. Ona görə də, stresli və həyəcanlı olmaq, qorxmaq anusu daha da sıxa bilər. Əgər hazırlıqsız və ya tələsik anal seks əlaqəsi yaşanarsa, anusdakı toxumalarda yırtıqlar, qanamalar baş verə bilər. Bu yırtıqlar ağrı yaratmaqla bərabər, cinsi yolla keçən xəstəliklərə, eyni zamanda bu nahiyədəki bakteriyaların hər hansı bir xəstəlik yaratmasına şərait yarada bilər. Son dərəcə təhlükəli hallardan biri də düz bağırsağın zədələnməsidir. Bu, ağır bakteriya infeksiyalarına səbəb ola bilər.

Bir məqamı da unutmayın! Anal seksdən sonra təmizlik etmədən oral seks və ya vaginadan seks yaşamaq olmaz. Bağırsaqlarda müəyyən bakteriyalar var ki, digər orqanlarda infeksiyaya səbəb ola bilər. Buna görə də, penisi suda sabunla təmizləməniz və yeni qoruyucudan istifadə etməniz vacibdir.


Qoruyucu (kondom)

Seksi qoruyucusuz yaşamanız müxtəlif fəsadlara yol aça bilər. Bu həm vaginal, həm də anal yolla edilən seks üçün keçərlidir. Qoruyucudan istifadə həm sizi xəstəliklərdən qoruyacaq, həm də arzulanmayan hamilələyin qarşısını alacaq. Qoruyucuyla bağlı bəzi tövsiyələr:

1. İstifadə müddəti keçmiş qoruyucudan istifadə etməyin.

2. Hər cür əlaqədə növbəti ereksiya üçün yeni qoruyucudan istifadə edin. Təkrar istifadə təhlükəlidir!

3. Vazelin, körpə kremi və losyon qoruyucuya zərər verə bilər. Buna diqqət edin.

4. Penis tam sərtləşdikdən sonra qoruyucunu taxın.

5. Qoruyucunu paketindən çıxararkən kəsici alətlərdən istifadə etməyin.

6. Seksin hər hansı hissəsində qoruyucunun cırıldığını hiss edirsinizsə, onu mütləq dəyişdirin.

7. Qoruyucunu günəş işığından, istidən və rütubətdən qoruyun.

SEKS SAĞLAM VƏ DÜZGÜN YAŞANARSA, ZÖVQLÜDÜR.


Bu yazı Bakının 7 rəngi bloqunda çap olunub. 

Powered by Froala Editor