Kristen Stüart öz orientasiyası haqqında
Biseksual aktrisa Kristen Stüart Associated Press-ə müsahibəsində bildirib ki, onun oriyentasiyası ictimaiyyətə açılmadan öncə o, öz seksual kimliyini etiketləmək məcburiyyəti hiss edirdi.
05/May/19
5616
Kristen Stüart öz orientasiyası haqqında
Biseksual aktrisa Kristen Stüart Associated Press-ə müsahibəsində bildirib ki, onun oriyentasiyası ictimaiyyətə açılmadan öncə o, öz seksual kimliyini etiketləmək məcburiyyəti hiss edirdi.
"Mən öz üzərimdə həqiqətən də böyük məsuliyyət hiss edirdim, bu da məni həddindən çox narahat edirdi. Sanki mən bu və ya digər sözü deməsəydim, tərəf seçmiş olacaqdım."
“İndiki zamanda bunu etməyə məcbur olmamaq çox sevindiricidir. Əgər sən indi orta məktəbdə bunu kimsəsə danışsan, onlar gözlərini süzərək: “Sən niyə hər şeydən mürəkkəbləşdirirsən?”, - deyəcəklər. Bu həqiqətən də sevindiricidir. Mən elə hiss edirəm ki, sözlər kimliyimizin mürəkkəbliyini ifadə etmək üçün onsuz da yetərsizdir.”
Stüart həmçinin qeyd edir ki, müasir kvir insanlar öz seksual kimliklərini ifadə etmək üçün yeni lüğət kəşf edirlər. Və sən istənilən sözün milyon mənasını əldə edə bilərsən. Onlar təfsir olunmağa açıqdır. Sözlər həm sakitləşdirə, həm də məhv edə bilər.
Aktrisa keçmiş tərəf müqabili Robert Patinsonla sevgili olanda bunu hər kəsdən gizləmək istəyirdi. “Çünki bütün şəxsi şeylər sanki əhəmiyyətsizləşdirilirdi və mən bundan narazı idim. Bizi istədikləri obrazlara salıb komik kitaba yerləşdirirdilər və mən kənardan izləyib: “Bu mənimdir. Siz mənim münasibətlərimdən olmayan bir şey düzəldirsiz və mən bunu bəyənmirəm”, - demək istəyirdim.”
Lakin aktrisa qadınlarla münasibət qurandan sonra fikirləşdi ki, münasibətlərini gizləmək sanki onlardan utanmaqdır. Və Kristin indi daha xoşbəxt olduğunu qeyd edir.
Mənbə: Out