Aurora Tbilisi konsertində LGBTQİ+ bayrağı açıb

Məşhur müğənni Aurora Tbilisi konsertində LGBTQİ+ bayrağı qaldırıb.

İyunun 22-də norveçli müğənni Aurora “Tbilisi açıq hava” səhnəsində çıxış edib. Çıxışı zamanı “Tbilisi Pride” qeyri-hökümət təşkilatının aktivistləri səhnəyə LGBTQİ+ bayrağı atıb.


Müğənni bayrağı dərhal qaldıraraq Gürcüstanın kuir icmasına dəstək mesajı ötürüb. Aurora həmçinin Gürcüstanın milli bayrağını da qaldıraraq çıxış edib.

Sənətçi 2019-cu ildə kaminq out edərək kuir olduğunu bəyan edib. O, albomlarında tez-tez trans/kuir/draq icmalardan ilhamlandığını vurğulayır. Aurora dünyada məşhur “Runaway” sinqlı ilə tanınır. Mahnı “Billboard” reklam agentliyinin Top #1 ən hot mahnılar siyahısına girib.

Müəllif: Aleks Şah

Powered by Froala Editor