Mormon kilsəsi artıq LGBTQ valideynlərin uşaqlarına açıqdır
Bu yaxınlarda, İsa Məsih Mormon kilsəsi vəftiz və LGBTQ cütlüklərlə bağlı qaydalarında dəyişiklik etdiklərini deyiblər.
13/Apr/19
6317
Mormon kilsəsi artıq LGBTQ valideynlərin uşaqlarına açıqdır
Bu yaxınlarda, İsa Məsih Mormon kilsəsi vəftiz və LGBTQ cütlüklərlə bağlı qaydalarında dəyişiklik etdiklərini deyiblər.
2015-ci il qaydalarına əsasən Mormon kilsəsi LGBTQ valideynlərin uşaqlarının vəftiz olunmasına ancaq Birinci Prezident təsdiqindən - kilisənin Prezidenti və onun iki məsləhətçisi tərəfindən təsdiq alandan sonra icazə verilirdi. Bu qayda hədsiz dərəcədə narahatçılıq yaratmaqla yanaşı, həm də əsasən boşanmış LGBTQ ailələrin uşaqlarını çətin vəziyyətdə qoyurdu. Belə ki, əksər hallarda uşağın valideynlərdən ancaq biri mormon olurdu və bu halda həmin uşağın vəftiz edilməsinə razılıq verilmirdi. Sözü gedən qayda təqribən 1500 insanın mormon kilsəsi üzvlüyündən çıxmasına səbəb olmuşdu.
Valideynlər də öz növbəsində Mormon kitabının "etiqadlarını satmış" ex-mormon kimi qəbul olunurdu. Əgər kimsə dindən imtina etsə bu zaman o, kilsə tərəfindən həyata keçirilən disiplin məhkəməsinə çağırıla və həm sosial, həm də mənəvi uzaqlaşdırılmaya məruz qala bilər.
Yeni qaydalar kilsənin saytında aşağıdakı kimi təqdim olunub.