Yerevanda trans qadına hücum olub

İyunun 14-də Yerevanda trans qadın şəxsi mənzilində hücuma məruz qalıb. Bu barədə Trans*Coalition məlumat verib. 

Qadın seks işçisi olub və təcavüzkar onunla görüş təyin edib. Kişi onun evinə gələrkən bıçaqla ona hücum edib və fiziki xəsarət yetirib. Qadın balkona qaçaraq kömək çağırmağı bacarıb, bundan sonra təcavüzkar mənzili tərk edib. 

Zərərçəkmiş dərhal polisə müraciət edib, şöbədə cinayət işi açılıb və o, zərərçəkmiş kimi tanınıb.

Hadisə ilə bağlı trans* hüquq müdafiə təşkilatı Right Side QHT məlumat verib.

Powered by Froala Editor