22-ci İstanbul Qürur Yürüşü baş tutub
LGBTQİ+lar 22-ci İstanbul Qürur Yürüşü zamanı Bağdat küçəsində yürüş ediblər
04/Jul/24
410
LGBTQİ+lar 22-ci İstanbul Qürur Yürüşü zamanı Bağdat küçəsində yürüş ediblər
Bütün qadağa və maneələrə baxmayaraq, 22-ci İstanbul Qürur Yürüşü iyunun 30-da baş tutub. İstanbul Qürur Həftəsi Komitəsi:"Lazım gəlsə, daşları deşib, zamanı əyib, gülüşlərimizdə yenidən bir-birimizi tapa bilərik", - deyib
İstanbul Valiliyi yürüş gününün erkən saatlarında Taksim və İstiqlal prospekti ərazilərində qadağa qərarı verib və valilik yürüşə çağırış edən İstanbul LGBTİ+ Qürur Həftəsi Komitəsini “müxtəlif qeyri-qanuni qruplar” adlandırıb. LGBTQİ+lar bütün qadağa və maneələrə baxmayaraq yürüş keçiriblər.
Press-relizdən sonra yürüş keçirən LGBTQİ+lar təhlükəsizlik məqsədilə dağılışıblar. Polis ara küçələrdə LGBTQİ+ları axtarıb. Yaşı 18-dən aşağı olanlar da daxil olmaqla 15 nəfər saxlanılıb. Saxlanılan şəxslər gecə saatlarında sərbəst buraxılıblar.
Powered by Froala Editor