Açıq gey Wes Streeting Britaniyanın yeni səhiyyə naziri olub
Böyük Britaniyada Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb
09/Jul/24
503
Açıq gey Wes Streeting Britaniyanın yeni səhiyyə naziri olub.
Böyük Britaniyada Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb.
İyulun 5-də Böyük Britaniyanın baş naziri vəzifəsində rəsmi işə başlayan Leyboristlər Partiyasının lideri Keir Starmer kabinetinin tərkibini açıqlayıb. Açıq gey Wes Streeting Səhiyyə və Sosial İnkişaf Naziri təyin edilib.
Streeting hələ universitetdə olarkən gey kimi kaminq-aut edib. O, evlidir və əri Joe Dancey ilə birlikdə yaşayır. Streeting 2015-ci ildən Şimali İlforddan deputat vəzifəsində çalışıb və kölgə hökumətinin* bir hissəsi olub.
Bununla belə, PinkNews qeyd edib ki, Streeting-in təyinatı LGBTQİ+ fəalları arasında narahatlıq yaradıb. O, əvvəllər trans qadınların NHS qadın palatalarına girişini məhdudlaşdırmaq və “ayrı otaqlara” yerləşdirilmək planlarını dəstəklədiyini bildirib.
*müəyyən şərtlər daxilində real hökumətin səlahiyyətlərinin verilməsi üçün yaradılmış “gözləyən hökumət”, adətən rəsmi müxalifət partiyası tərəfindən yaradılır - red.
Powered by Froala Editor