Ukrayna LGBTQİ+ partnyorluğu qanununu nəzərdən keçirir
Ukrayna Ali Radası Ombudsmanın LGBTQİ+ qanunvericiliyinə baxmağı tövsiyə edən hesabatını qəbul edib
22/Jul/24
402
Ukrayna Ali Radası LGBTQİ+ partnyorluğu qanununu nəzərdən keçirir
Ukrayna Ali Radası Ombudsmanın LGBTQİ+ qanunvericiliyinə baxmağı tövsiyə edən hesabatını qəbul edib.
İyunun 20-də Ali Rada Ombudsmanın “Qeydiyyatdan keçmiş partnyorluqlar haqqında” 9103 saylı qanun layihəsinə baxılmasını tövsiyə edən məruzəsini qəbul edib. Bu barədə Trans*Coalition məlumat verib.
Ombudsmanın hesabatında 2023-cü ildə Ukraynada insan hüquq və azadlıqlarının vəziyyəti və hüquq və azadlıqlara riayət olunması vurğulanıb. Sənəddə Ombusdmanın tövsiyələri arasında insanları seksual oriyentasiya və gender kimliyinə görə ayrı-seçkilikdən qorumaq üçün qanunlar qəbul edilməsi də qeyd edilib.
Ukraynada partnyorluq haqqında qanun layihəsi 2023-cü ilin martından mövcuddur. LGBTQİ+ fəalları ümid edirlər ki, Parlament bütövlükdə hesabatı qəbul etdiyinə görə, çox güman ki, partnyorluq haqqında qanun layihəsi də gündəmdə olacaq.
Powered by Froala Editor