Qazaxıstanda “LGBT-təbliğat” əleyhinə petisiya
Qazaxıstanda “LGBT-təbliğat” əleyhinə petisiyanı “qismən dəstəkləmək” qərarı alınıb
03/Aug/24
510
Qazaxıstanda “LGBT-təbliğat” əleyhinə petisiyanı “qismən dəstəkləmək” qərarı alınıb
“LGBT təbliğatın” qadağan edilməsi haqqında petisiyaya baxılması üzrə işçi qrupun növbəti iclasında nələr oldu
Bu gün Astanada “Biz QR-da açıq və gizli LGBT təbliğatının əleyhinəyik” adlı petisiyanın ictimai müzakirəsi baş tutub. Petisiyanın yaradıcısı “Qazaxıstan valideynlər birliyinin” sədri Bagila Baltabayevadır.
İyunda “E-Petition.kz” rəsmi portalında dərc edilmiş homofob petisiya 50 min imza toplayıb. Hazırda Mədəniyyət Nazirliyi ona baxılması üzrə işçi qrupun iclaslarını təşkil edir.
Petisiya tərəfdarlarının mövqeyi
Müzakirəyə “Qazaxıstan valideynlər birliyinin” sədri Bagila Baltabayeva da gəlib. O, jurnalistlərə deyib ki, sosial şəbəkələrdə ona “10-11 yaşlı lezbiyan qızlardan” ismarıclar daxil olur, orada onlar öpüşdüklərinə dair foto və videolar göndərirlər.
Soruşanda ki, ona niyə ismarıc yazırlar, Baltabayeva bildirib ki, o, LGBTQİ+ icmasının üzvləri arasında “populyarlaşıb”. Onun fikrincə, uşaqlar yaşca böyük LGBTQİ+ların təsirinə məruz qalır.
Habelə jurnalistlər Baltabayevadan bəzi qazaxıstanlıların onun petisiyasına səs verməyə məcbur edilməsinə dair xəbərlərə şərh verməsini istəyiblər. O, buna cavabında “bu haqda eşitmədiyini” deyib. Baltabayeva Qazaxıstanın regionların şəxsən gedib və petisiyanı yerli sakinlər arasında “təbliğ edib”.
Eləcə də, Bagila Baltabayevanı Səhiyyə Nazirliyi, DİN və Maarif Nazirliyinin nümayəndələri dəstəkləyib. DİN İnzibati Polis Komitəsinin sədr müavini Renat Zulxairov bildirib ki, Qazaxıstanda yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə cinayətlərin sayı artıb. Bu zaman qeyd edib ki, “cinsi əlaqəyə məcburetmə, kişilərlə cinsi əlaqə, lezbiyanlıq” halları iki dəfə artıb.
O, bunu belə əlaqələndirir ki, KİV-də və sosial şəbəkələrdə “azad seksual münasibətlər” haqqında məlumat yayılır və “uşaqlar internetdə gördüklərini təqlid etməyə can atırlar”. Yekunda o bildirib ki, DİN petisiya müəlliflərinin “yetkinlik yaşına çatmayanların istənilən seksual münasibətlərinin, o cümlədən LGBT-nin təbliğinin qadağan edilməsinin” zərurəti barədə tələblərini dəstəkləyir.
Tibbi Yardımın Təşkili Departamentinin direktor müavini Gülnar Sarsenbayeva öz növbəsində “LGBT təbliğatını” enerji içkiləri və veyp reklamları ilə əlaqələndirib və Baltabayevanı dəstəkləyib.
“Reklamın, bu cür marketinqin böyüyən nəslə təsiri onların həyat tərzində mənfi əksini tapır. LGBT təbliğatı ölkədəki demoqrafik vəziyyətə pis təsir edə və qeyri-ənənəvi dəyərləri formalaşdıra bilər”, — Kursiv.Media Sarsenbayevanın sözlərindən sitat gətirir.
Petisiyanın tərəfdarlarından biri bütün çoxuşaqlı analar adından işçi qrupa müraciət edib və deyib ki, LGBTQİ+lara görə “Qazaxıstanın əhali sayı azalacaq, Yer kürəsi isə Qərb tərəfindən parça-parça ediləcək”. Onun fikrincə, LGBTQİ+ icmasının Qazaxıstanda ümumiyyətlə mövcudluğuna yol vermək olmaz.
“Bizə LGBT lazım deyil! Bizə lazımdır ki, əhali 30-40-50 milyon olsun. Çünki biz böyük torpağıq, biz öz torpağımızı qorumalıyıq!”, – petisiyanın tərəfdarlarından biri bəyan edib.
Petisiya əleyhdarlarının mövqeyi
Tanınmış hüquq müdafiəçisi Yevgeniy Jovtis müzakirə çərçivəsində vurğulayıb ki, seksual oriyentasiyanı təbliğ etmək mümkün deyil və homoseksuallıq patologiya deyil.
O xatırladıb ki, Qazaxıstan hökuməti LGBTQİ+lara qarşı ayrı-seçkiliyin olmadığını bildirib və onlar “digər qruplar” ifadəsini özündə ehtiva edən Konstitusiyanın 14-cü maddəsi ilə qorunurlar. Jovtisin fikrincə, homofob qanunvericilik zorakı mühitin yaranmasına səbəb olacaq. Onun nitqi petisiya tərəfdarlarının qışqırıqları ilə kəsilib.
Müzakirədə habelə homofob petisiyanın ünvanına tənqid səsləndirən LGBTQİ+ aktivist Mira Unqarova çıxış edib.
“Ölkədəki pedofiliya, insest və zorakılıq problemlərini həll etmək əvəzinə, siz mövcud olmayan problemləri müzakirə edirsiniz. Əgər siz real problemləri həll etmək istəyirsinizsə, ölkə gəncliyini dəstəkləyin. Oğlanlar rəqsə getməyə çəkinirlər, çünki bullinqə məruz qala və gey adlandırıla bilərlər”, - Unqarova qeyd edib.
Daha əvvəl Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı Qazaxıstan hökumətini “LGBT təbliğatı əleyhinə” petisiyanı rədd etməyə çağırıb. Sağlamlıq, Hüquqlar, Gender və Seksual müxtəliflik üzrə Avrasiya Koalisiyası da oxşar bəyanatla çıxış edib.
Müzakirənin yekunları
Mədəniyyət Nazirliyi “yeniyetmə və uşaqları seksual münasibətlərin təbliğindən və bəslənməsindən qorumaq və uzaqlaşdırmaq” hissəsində petisiyanı qismən dəstəkləməyi qərara alıb. Bu zaman Gənclər və Ailə İşləri üzrə Komitənin sədri Kayrat Kambarov qeyd edib ki, əlavə elmi araşdırmalar aparmaqda zərurət var.
Yaxın zamanda daha bir ictimai müzakirə keçirmək planlaşdırılır. Kursiv.Media-nın məlumatına görə, petisiya üzrə yekun qərar 6 sentyabrda məlum olacaq.
Habelə Elm və Ali Təhsil, Səhiyyə, Maarif Nazirlikləri təhlil aparacaqlar və “LGBTQ+ hərəkatının” yetkinlik yaşına çatmayanlara təsiri haqqında hesabat hazırlayacaqlar. Elm və Ali Təhsil və Səhiyyə Nazirlikləri 2024-2025-ci illər ərzində Qazaxıstanda LGBTQİ+ məsələləri üzrə elmi araşdırma işləri təşkil edəcəklər.
Powered by Froala Editor