'OnlyFans porno platformasında daha çox qazanıram'

Olimpiadaçı Robbie Manson deyir ki, o, OnlyFans porno platformasında idmançılıqdan daha çox qazanır.

Yeni Zelandiyadan olan avarçəkən, açıq gey atlet Robbie Manson deyir ki, o, bir idmançı kimi deyil, OnlyFans paltformasında məzmun yerləşdirməklə daha çox qazanır.

Manson Parisdədir və orada kişilərin qoşa avarçəkmə yarışındadır. O, avarçəkmə üzrə tərəfdaşı Jordan Parry ilə bugünkü finala yüksəlib. Lakin onlar medal qazana bilməyiblər. Daha sonra Instagram-da Manson: "Bu gün çətin bir yarış idi, lakin Olimpiadada 6-cı yer" deyib.

“İstənilən reklam yaxşı reklamdır”

Reuters xəbər agentliyinə danışan 34 yaşlı idmançı Olimpiya xəyallarını yaşatmaq üçün OnlyFans gəlirinə güvəndiyini söyləyib. 

“İdmançı kimi qazana biləcəyimdən iki dəfə çox qazanıram. İstədiyiniz kimi başa düşün, amma bu mərhələdə OnlyFans-da avarçəkmədən daha çox qazanıram”, - deyib. 

“Düşündüm ki, əgər mən bunu edirəmsə, hamıya deməliyəm. Həqiqətən, açıq olmalısan və düşünürəm ki, hər hansı bir reklamın yaxşı reklam olduğunu hiss etməlisən.”

Powered by Froala Editor