Avropa Birliyi Süni İntellekt Qanununu qəbul edib
Qüvvəyə minən qanun biometrik təsnifatla seksual oriyentasiya kimi şəxsi məlumatları əldə etməyə imkan verən süni intellekt sistemlərini qadağan edir
04/Aug/24
883
Avropa Birliyi Süni İntellekt Qanununu qəbul edib
Qüvvəyə minən qanun biometrik təsnifatla seksual oriyentasiya kimi şəxsi məlumatları əldə etməyə imkan verən süni intellekt sistemlərini qadağan edir.
Avropa Birliyi (AB) Süni İntellekt Qanununu qəbul edib. Dünyada ilk olan və avqustun 1-dən qüvvəyə minən qanun süni intellektin risklərini təsnif edir və insan hüquqlarının qorunması üçün təminatlar təklif edir. Başqa sözlə, Bu, AB-yə üzv ölkələrdə istifadə edilən süni intellekt sistemlərinin insan hüquqlarına və insanların təhlükəsizliyinə zərər verməyəcək şəkildə işləməsini təmin etmək məqsədi daşıyır. Sözügedən qanun hüquqların pozulmasına görə ağır cəzalar nəzərdə tutur.
Qanuna əsasən, kompüter oyunları və spam filtrləri kimi aşağı riskli süni intellekt sistemləri daha az tənzimləməyə məruz qalır. Yüksək riskli tətbiqlər üçün daha sərt qaydalar tətbiq edilir. İmtahan balları, cərrahi əməliyyatlar, işə qəbul prosedurları, bank kreditlərinin qiymətləndirilməsi və viza müraciətlərinə baxılması kimi insan həyatına ciddi təsir edəcək sahələr qanunla “yüksək risk” kateqoriyasına aid edilir.
Qanuna görə “Qəbuledilməz” risk qrupuna daxil olan süni intellekt sistemləri tamamilə qadağandır. Bu kontekstdə, internetdən və ya qapalı kamera sistemlərindən üz şəkillərinin çəkilməsi, emosiyaların tanınması, sosial qiymətləndirmə, seksual oriyentasiya və ya dini inanclar kimi həssas məlumatları əldə etmək üçün iş yerində və təhsil müəssisələrində biometrik təsnifat aparmaq qadağandır.
Powered by Froala Editor