ÜST fövqəladə vəziyyət elan edib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikada mçiçəyinin yayılmasına görə fövqəladə vəziyyət elan etdiyi bildirilir
18/Aug/24
2859
ÜST Afrikada mçiçəyinin yayılmasına görə fövqəladə vəziyyət elan edib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikada mçiçəyinin (red: əvvəllər meymunçiçəyi) yayılmasına görə fövqəladə vəziyyət elan etdiyi bildirilir. Bu barədə Meydan TV məlumat verib.
Konqo Demokratik Respublikasından qonşu ölkələrə - Keniya, Ruanda, Burundi və Uqandaya virus yayılıb və fövqəladə vəziyyət elan edilib.
Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin baş direktoru Jan Kaseyanın sözlərinə görə, artıq peyvəndlərin alınması üçün müvafiq müqavilə imzalanıb.
Saziş çərçivəsində təxminən 200.000 doza vaksin tez bir zamanda alınacaq və bütün Afrikaya paylanacaq.
Mçiçəyi xəstəliyi nədir?
Mçiçəyi virusu ilk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilib.
İlk dəfə insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş verib.
Bu virus yalnız meymunlardan ötürülmür. Daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır.
Mçiçəyinə yoluxma riski əsasən qərbi və mərkəzi Afrika çöllərində yaşayan gəmiricilərlə təmas və dişləndikdə mümkün ola bilər.
Əlavə olaraq, daşıyıcı heyvanın qanından, bədən mayesindən, dərisində olan qabarcıqlar və qızarıqlardan yoluxmaq mümkündür.
Yoluxmuş heyvanın yaxşı hazırlanmamış ətini istehlak etmək də insanlarda yoluxma riskini artırır.
Powered by Froala Editor