AB Genişlənmə Hesabatında Türkiyənin LGBTİ+ hesabat kartı
AB Türkiyə üçün genişlənmə hesabatını açıqlayıb
02/Nov/24
601
AB Genişlənmə Hesabatında Türkiyənin LGBTİ+ hesabat kartı
AB Türkiyə üçün genişlənmə hesabatını açıqlayıb. Hesabatda "LGBTİQ+ların fundamental hüquqlarının qorunmamasının davam etdiyi" ifadə edilib. Bu barədə Kaos GL məlumat verib.
Avropa Birliyinin (AB) icraedici orqanı Avropa Komissiyası Türkiyə də daxil olmaqla 10 ölkə üçün genişlənmə hesabatlarını açıqlayıb. Hesabatları AB-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Brüsseldə ictimaiyyətə açıqlayıb.
Türkiyə ilə bağlı hesabatda LGBTİ+ hüquqları ilə bağlı vəziyyət də dəyərləndirilib.
Hesabatda bildirilib ki, Türkiyə keçənilki genişlənmə hesabatında verilən tövsiyələri yerinə yetirməyib. Hesabatda bu tövsiyələrin qüvvədə qaldığına diqqət çəkilərək, "Türkiyə LGBTİQ+lara qarşı olanlar da daxil olmaqla, hər cür irqçilik və ayrı-seçkiliklə effektiv mübarizə aparmalı və azlıqların müdafiəsini təmin etməlidir," ifadələri yer alıb.
Powered by Froala Editor