Yeni elmi araşdırma "normallaşdırma əməliyyatlarını" ifşa edir
Tədqiqatlar göstərir ki, razılıq olmayan müdaxilələrə məruz qalan intersekslərin 39 faizi ən azı bir dəfə intihara cəhd edib
04/Nov/24
127
Yeni elmi araşdırma "normallaşdırma əməliyyatlarını" ifşa edir
Tədqiqatlar göstərir ki, razılıq olmayan müdaxilələrə məruz qalan intersekslərin 39 faizi ən azı bir dəfə intihara cəhd edib.
Uzun illərdir ki, cərrahlar “binar gender sisteminə uyğunlaşan insanların cəmiyyətdə xoşbəxt fərdlər ola bilməsini” təmin etmək üçün məlumatlı razılıq və sağlamlıq səbəbləri olmadan interseks əməliyyatları üçün bəhanələr gətirirlər. İngiltərədə aparılan son araşdırma yaşlı intersekslərin təcrübələrini araşdırır və müdaxilələrə məruz qalan intersekslərin həyatlarının söz verildiyi kimi getmədiyini ortaya qoyur.
Haddersfild Universitetinin Humanitar və Sağlamlıq Elmləri Fakültəsinin baş elmi işçisi Doktor Adeline Berry və onun həmkarları tərəfindən aparılan araşdırma razılıq olmadan həyata keçirilən cərrahi müdaxilələrdən sağ qalanların 39 faizinin ən azı bir dəfə intihara cəhd etdiyi barədə şok məlumatları ortaya qoyur.
"Yaşlı Avropalı İnterseks İnsanların Təcrübələri və Ehtiyacları" adlı araşdırma 50 yaşdan yuxarı 20 interseks insanın hekayələrinə diqqət yetirir. Təcrübələr xüsusilə yaş və qocalma, əlillik, seksuallıq, gender kimliyi, sosial təzyiqlər, tibbi hüquqların pozulması, təhsil, məşğulluq və psixi sağlamlıq kimi məsələlərə toxunur.
Mövzu ilə bağlı daha ətraflı məlumat üçün Adeline Berry-nin araşdırmasına buradan daxil ola bilərsiniz. OII Avropanın yaşlı intersekslərlə bağlı əvvəlki kampaniyasının türkcə tərcüməsinə isə buradan baxa bilərsiniz.
Powered by Froala Editor