Türkiyədə Dəyanət İşləri üzrə Rəhbərlik LGBTİ+ları hədəfə alıb
Türkiyədə Dəyanət İşləri üzrə Rəhbərlik və Ailə Naziri LGBTİ+ları hədəfə alıb.
18/Nov/24
411
Türkiyədə Dəyanət İşləri üzrə Rəhbərlik və Ailə Naziri LGBTİ+ları hədəfə alıb
Türkiyənin Dəyanət İşləri Başçısı Ali Erbaş və Ailə Naziri Mahinur Göktaş Ailənin Qorunması və Gücləndirilməsi üzrə 1-ci Koordinasiya Şurasının iclasında çıxış ediblər.
Prezident Kompleksinin Yemək-Sərgi Salonunda Ailənin Qorunması və Gücləndirilməsi üzrə Koordinasiya Şurasının 1-ci iclası keçirilib. İclasda ədliyyə naziri Yılmaz Tunç, daxili işlər naziri Ali Yerlikaya və səhiyyə naziri Kamal Memişoğlu da iştirak edib.
Koordinasiya Şurasının iclasında çıxış edən Ailə və Sosial Xidmətlər naziri Mahinur Göktaş və Dəyanət İşləri Başçısı Ali Erbaş LGBTİ+ları hədəf alıb.
Ailə naziri Göktaş "cinsiyyətsizləşdirmə" və "qlobal zərərli tendensiya" ifadələrini işlədib. Göktaş bir çox ölkənin "ailəyə qarşı zərərli cərəyanlara qarşı mübarizə apardığını" iddia edərək deyib: “Ailə institutunu təhdid edən cinsiyyətsizləşdirmə, rəqəmsallaşma, asılılıq və fərdiləşmə kimi qlobal risklərlə mübarizə hər zamankından daha böyük məsuliyyətdir. Çünki qlobal miqyasda qadın və uşaqların yaş və cinsiyyətinə görə hüquqlarını pozaraq nikah və ailə institutuna zərər vuran, ictimai quruluşa mənfi təsir göstərən fəaliyyətlərin daha tez-tez şahidi oluruq”.
Powered by Froala Editor