Macarıstanın anti-LGBTİ+ qanunu AB Ədalət Məhkəməsindədir

Noyabrın 19-da keçirilən məhkəmə iclasında Ədalət Məhkəməsi bildirib ki, Macarıstan hökuməti anti-LGBTİ+ qanunu ilə Avropa Birliyi qanunlarını açıq şəkildə pozub.

Noyabrın 19-da Avropa Birliyinin (AB) Ədalət Məhkəməsində Macarıstanın anti-LGBTİ+ qanunu ilə bağlı Avropa Komissiyasının qaldırdığı pozuntu işi üzrə məhkəmə keçirilib.

Dinləmədə Macarıstan hökuməti, Belçika, Danimarka, Almaniya, Estoniya, İrlandiya, Yunanıstan, İspaniya, Lüksemburq, Malta, Hollandiya, Finlandiya, İsveç hökumətləri və Avropa Parlamenti iştirak edib.

ILGA-Avropanın internet saytında yer alan xəbərə görə, Komissiya qeyd edib ki, Macarıstan LGBTİ+ları “uşaqların müdafiəsi” adı altında damğalayan qanun qəbul etməklə AB qanunlarını ciddi və açıq şəkildə pozub. Dinləmədə çıxış edən bütün üzv dövlətlər Komissiyanın fundamental dəyərlərin Avropa Birliyi kimliyinin ayrılmaz hissəsi olması ilə bağlı mövqeyi ilə razılaşdıqlarını bildiriblər. 

İclasda dövlət məktəblərində cinsi maarifləndirmənin olmaması, sərgilərə senzura qoyulması, kitab mağazalarında tətbiq edilən cərimələr kimi məsələlərə toxunulub, anti-LGBTİ+ qanunvericiliyinin zərərli təsirləri vurğulanıb.

Powered by Froala Editor