“Biz LGBT adlı ailə düşməni bir quruluşa qarşıyıq”
Erdoğan: “Biz LGBT adlı ailə düşməni bir quruluşa qarşıyıq”
02/Dec/24
104
Erdoğan: “Biz LGBT adlı ailə düşməni bir quruluşa qarşıyıq”
Türkiyə Prezidenti və AKP sədri Receb Tayyib Erdoğan TRT World Forum 2024-dəki çıxışında teleseriallardan danışarkən LGBTİ+ları hədəfə alıb. O: “Türkiyənin hakim partiyası olaraq LGBT adlı ailə düşməni olan quruluşa qarşıyıq”, - deyib.
Türkiyə Prezidenti və AKP sədri Receb Tayyib Erdoğan noyabrın 29-da İstanbul Konqres Mərkəzində keçirilən TRT World Forum 2024-ün açılışında çıxış edib. Erdoğan çıxışında LGBTİ+ları hədəf alıb.
Seriallar və televiziya proqramları da Erdoğanın gündəmində olub. TRT serialının 110-dan çox ölkədə 50-dən çox dildə yayımlanmasından "çox qürur duyduqlarını" ifadə edən Erdoğan serialdan danışarkən LGBTİ+ları hədəf alıb. O deyib:
“Son həftələr ölkəmizdə bu ağrılı həqiqətin şahidi oluruq. Tamamilə izlənilmək qayğısı ilə çəkilən seriallar, filmlər və proqramlar nə mədəniyyətimizə, nə ictimai sülhə, nə də dəyərlərimizin yaşamasına heç bir fayda vermir. Əslində, biz görürük ki, zorakılıq, xüsusilə də qadın və uşaqlara qarşı zorakılıq qanuniləşdirilir, spirtli içkilər və narkotiklər təşviq edilir, sırf daha çox reytinq almaq üçün sapqınlıq və pozğun münasibətlər normallaşdırılır. Bu yayımların daha təhlükəli tərəfi cəmiyyətin müxtəlif təbəqələri arasındakı müştərək faydanı zəiflətmək məqsədi daşıyan təxribatçı yayım siyasətidir. Xalqımızın dindar təbəqələri təəssübkeş, cahil, kobud və eybəcər kimi göstərildiyi halda, daha dünyəvi həyat tərzi keçirən vətəndaşlarımız mənəvi cəhətdən zəif tərəflər kimi göstərilir. Bütün ailə quruluşumuz müstəsna nümunələrlə hədəfə alınıb, cəmiyyətin sütunu olan ailə şər mənbəyi kimi göstərilir. Bildiyiniz kimi, biz Türkiyənin hakim partiyası olaraq LGBT adlı ailə düşməni olan quruluşa qarşıyıq”.
Powered by Froala Editor