Çeçenistanda "gey təmizliyi”ndən qaçan bir lezbiyan öldürülmə təhlükəsi olmasına baxmayaraq, öz hekayəsini cəsarətlə paylaşıb.


Təhlükəsizlik naminə anonim qalan qadın Çeçenistanda LGBTİ icmasına qarşı artan dəhşəti və öz ailəsinin belə onun üçün necə təhlükəli olduğunu bölüşüb.

2017-ci ilin əvvəlində dünya Rusiyanın Şimali Qafqaz regionunda yerləşən Çeçenistanın necə öz həqiqi və ya ehtimal olunan seksual kimliklərinə görə kişiləri tutduğunu, həbsə atdığını, işgəncə və edam etdiyini öyrənməyə başlayıb. 

Ancaq 2018-ci ildə Çeçen səlahiyyətliləri öz nəzərini lezbiyan və trans fərdlərinin üzərinə salıb.

Çeçenistandan qaçıb xilas olan qadınlardan biri NB müxbiri ilə görüşərək başına nələr gəldiyini izah edib. Qəhrəmanın tələbi ilə redaktorlar onun monoloqunu anonim şəkildə dərc edib.

İki il ərzində Şimali Qafqaz respublikalarından bizə özünü lezbiyan kimi təqdim edən 37 qız və 2 transgender qadın müraciət edib - Rus LGBTİ şəbəkəsinin rəhbəri İqor Koçetkov deyib. 

"2018-ci ildə də homoseksuallıq şübhəsiylə polis tərəfindən tutulan qızların hesabatlarını almağa başladıq. Çeçenistandan gələn məlumatlara görə, dekabr-yanvar aylarında tutulanların arasında qızlar da var."

Çeçen səlahiyyətliləri ölkədə gey fərdlərin mövcud olmadığını söyləyərək iddiaları rədd edib.

Ailələr belə güvənli deyil


Çeçenistandan qaçan lezbiyan NB-ə danışıb ki: "Keçmiş qız partnyorum ailəmə lezbiyan olmağım barədə məlumat verib." O, evdən iki dəfə qaçmağa çalışsa da, qardaşları onu izləyərək geri gətirib. 

"Qardaşlarımdan biri arxamca gəlmişdi və məni tutub evə apardı. Anam qayıtmağıma xoşbəxt deyildi. Qardaşıma söylədi: "Niyə onu evə geri gətirdin? Razılaşdığımız kimi: onu meşədə hardasa vuraraq öldürməliydin”,-  deyə qadın danışdı.

"Ancaq qardaşım bunu etmədi - atam bunu ona qadağan etmişdi."

Koçetkov bildirib ki, Rus LGBT Şəbəkəsi Çeçenistanda bir qadının digər qadınla münasibətdə olmasına görə törədilən bir çox "namus cinayətləri" haqqında məlumat alıb.

Valideynləri onu müalicə üçün psixiatrik xəstəxanaya göndərməyə çalışıb və içinə cin-şeytan girdiyini söyləyib. Nəticədə onu şeytan çıxarmaq üçün yerli bir məscidə göndərirbər.

"Hamımız içimə cin girmədiyini başa düşürdük, amma mən məcburən təkrar-təkrar elə davranırdım ki, guya içimdə cin var", - deyə söylədi. 

"Valideynlərim elə davranmağıma inanırdı və mən bir neçə aydan sonra yenidən evdən qaçdım. Sonra mənə dəstək olması və məni gizlətməsi üçün Rus LGBT Şəbəkəsinə köməyə qaçdım. 2017-ci il idi." 

Əgər lezbiyan bir fərd öldürülübsə, bu, heç kimin vecinə deyil 


Rusiyaya ikinci qaçışından altı ay sonra qadın ölkəni tamamilə tərk etməyə müvəffəq oldu. Ancaq o bildirib ki, Çeçenistandakı bir çox qadın onun kimi şanslı deyil.

"Hələ də ölkədə qalanlar var və müxtəlif səbəblərdən Çeçenistanı tərk edə bilmirlər", - dedi.

'Bu, xüsusilə də qızlar üçün keçərlidir. Bunu etmək onlar üçün daha çətindir, çünki qızlar nəzarət altındadır: onlar kimsə müşayiət etməsə, evdən tək, səssizcə çıxa bilməzlər. Ona görə də onların evakuasiya edilməsi çox çətindir."

Qadın bildirib ki, Çeçenistanda daha çox kişilər saxlanılır, çünki: "Qızlar demək olar ki, həmişə bir ailə üzvü tərəfindən müşayiət olunaraq küçəyə çıxa bilir." 

O, Rusiyadan qaçmış bir çox insanın anonim olsa belə, danışmaqdan qorxduğunu söyləyib. Amma o, "bu barədə nə qədər az danışsaq, o qədər az şey dəyişəcək" deyərək müsahibə verməyi seçib. 

"Mən insanların mövcud problemlərdən və həmçinin çeçen lezbiyanların problemlərindən danışmasını istərdim, çünki heç kim qadınları görmür", - deyə o bildirib.

“Bir gey fərd öldürülərsə, hər kəs bundan danışır. Amma bir lezbiyan öldürülsə, demək olar ki, heç kim bu barədə yazmır.”

"Bir qadın meşəyə aparıla və rahatlıqla orda öldürülə bilər və qətl edən heç nə olmamış kimi evinə qayıdıb həyatına davam edə bilər. Nəinki bircə qonşu, heç bir qohum belə soruşub maraqlanmayacaq."


Mənbə: GayStarNews