Türkiyə prezidenti yenə LGBTİ+ları hədəfə alıb
Türkiyə prezidenti Erdoğan Erzurumda gənclərlə görüşündə yenə LGBTİ+ları hədəfə alıb
18/Dec/24
150
Türkiyə prezidenti Erdoğan Erzurumda gənclərlə görüşündə yenə LGBTİ+ları hədəfə alıb
Türkiyə prezidenti və AKP sədri Erdoğan: “Təəssüf ki, qızlara oğlan, oğlanlara isə qız bəyəndirə bilmərik”,- deyib. Erdoğan “LGBT-filan, biz bu işlərə də qarşıyıq” deyərək LGBTİ+ları hədəfə alıb.
Türkiyə prezidenti və AKP sədri Receb Tayyib Erdoğan 15 dekabrda Erzuruma səfəri zamanı Bilim Ərzurumda keçirilən “Gənclərlə Görüş” proqramında iştirak edib.
Prezident Erdoğanın çıxış mövzuları arasında ailə mövzusu da yer alıb. Erdoğan: “Xüsusən də, bizim universitet gənclərinin ailə anlayışına münasibəti çox fərqli olmalıdır. Məsələn, hazırda diqqət yetirdiyimiz bir məsələ gənclərin nədənsə ailə qurmamasıdır”,- deyib.
Bir tələbənin boşanmaların da artmasına dair qiymətləndirməsindən sonra prezident Erdoğan LGBTİ+ları hədəf alaraq deyib:
“O da artır. Evlilikdə oğlanlar qızlara, qızlar oğlanlara qarşı çox problemli yanaşırlar. Bunun öhdəsindən gəlməliyik. Zaman-zaman mən və dostlarım kömək etmək istəyirik, “Vasitəçi olaq” deyirik, amma təəssüf ki, qızlara oğlan, oğlanlara isə qız bəyəndirə bilmirik. Siz necə düşünürsünüz? Gəlin bu barədə çox uzağa getməyək. 25 yaşımda ailə qurmuşam. Amma indi 30, 35, 40 görürük... elə hey uzanır. Tez bir zamanda evlənmək lazımdır. Cavanlar, 30-40 yaşında yox, gənc yaşda öz qismətinizi həll etməlisiniz. Eyyübə deyirəm, 'Bax sən Gənclik Qollarının sədrisən. Ona görə də, komandalarımızı gənc yaşda evləndirmək məsuliyyətiniz var, bu məsələdə diqqətli olacaqsınız. Və təbii ki, bizim başqa bir müqəddəs şeyimiz var, yəni LGBT-filan və bu işlərə də qarşıyıq.”
Powered by Froala Editor