Kuirlərin təxminən 5 faizi AfD partiyasına səs verməyə hazırdır
Almaniyanın queer.de saytında 2024-cü ilin sonunda keçirilən sorğuda oxucuların 4,6%-i fevralda keçiriləcək federal seçkilərdə AfD— Almaniya üçün Alternativ partiyasına səs verəcəklərini bildirib
06/Jan/25
240
Kuirlərin təxminən 5 faizi AfD partiyasına səs verməyə hazırdır
Almaniyanın queer.de saytında 2024-cü ilin sonunda keçirilən sorğuda oxucuların 4,6%-i fevralda keçiriləcək federal seçkilərdə AfD— Almaniya üçün Alternativ partiyasına səs verəcəklərini bildirib.
Bəs niyə Almaniyadakı kuirlər bərabərliklərini şübhə altına alan, eynicinsli nikahları qadağan etməklə və ya Rusiya modelində “LGBT təbliğatını” qadağan etməklə hədələyən sağçı ekstremist partiyanı seçirlər?
Berlin Humboldt Universitetinin antropoloqu Patrick Wiloweysky bu mövzunu araşdırıb. Der Spiegel qəzetinə verdiyi dərin müsahibədə o, bəzi geylərin niyə sağçı AfD partiyasına cəlb olunduğunu və hansı geylərin əslində partiyaya qəbul edildiyini izah edib:
“Geylər arasında partiyaya dəstək verənlər azlıqdır. Lakin əsas səbəb onların çoxluqdan heç bir fərqi olmayan müsəlmanlara qarşı irqçilikdir. Amma geylərdən danışarkən müsəlmanların (istər qaçqın, istərsə də miqrant keçmişli insanlar) homoseksuallar üçün təhlükə yarada biləcəyindən danışırıq. Bunu heç kimə inkar etmək istəmədiyim öz təcrübəm qismən təsdiq edir. Lakin bu, ümumiləşdirilmiş anti-müsəlman irqçiliyinə və ya ümumiləşdirilmiş islamofobiyaya çevrilən kimi AfD ilə yaxınlıq tez bir zamanda yaranır”.
Bəs niyə sağçı ekstremistlər geyləri qəbul edirlər? Fakt budur ki, bu sağçı qrupda “biz” və “kənar insanlar” arasındakı sərhədlər dəyişir, ekspert hesab edir.
“Bu, dəyişən şərtlərə reaksiyadır. Bir çox Qərb ölkəsində homoseksuallığa əhalinin əhəmiyyətli bir hissəsi tərəfindən tolerant yanaşılır. Bu, əksəriyyət üçün cazibədar qalmaq istəyən, modernləşən ifrat sağa mane olur. Gender stereotiplərinə uyğun gələn homoseksuallar milli “biz” sırasına daxil edilə bilər. Bunlar kifayət qədər maskulin kimi rast gəlinən, cinsi azğınlıq haqqında ilkin mülahizələrə qarşı çıxan və hörmətlilik (red - respectability) nümayiş etdirən gey kişilərdir. Binarın nümayişi AfD üçün vacibdir. Bunun xaricində olan hər şey onlar üçün “pozğunluq”dur.”
Seksuallıq, hörmətlilik və millətçilik haqqında oxumaq üçün Vahid Əliyevin müəllifi olduğu bu yazıya keçid edə bilərsiz: Heteroseksuallığın inşası tarixi.
Powered by Froala Editor