Rusiya uşaqları LGBTQİ+ video oyunlarından “qorumaq” istəyir

Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Volodin bu təşəbbüsdən danışıb.

Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Volodinin sözlərinə görə, yanvar ayında Rusiya videooyunlarda “vətəndaşları, ilk növbədə uşaqları dağıdıcı məzmundan qorumaq haqqında qərar qəbul etməyi” planlaşdırır. “Dağıdıcı” məzmuna “cinayətlər, genderin dəyişdirilməsi, narkotik istifadəsi və LGBTQİ+lar haqqında məlumat” daxildir.

Keçən cümə axşamı, yanvarın 9-da Volodin Telegram kanalında bu qərarın qiymətləndirilməsini xahiş edən sorğu yayımlayıb. Nəticələr belə olub: 71% bu qərarı dəstəkləyib, 26% əleyhinə, 3% isə vecinə olmadığını bildirib.

Eyni zamanda, bir çoxları nəticələrin botlar tərəfindən saxtalaşdırıldığını güman edirlər: səsvermə qərarı dəstəkləmək üçün 70%-dən çox səs topladıqdan dərhal sonra bağlanıb. Şərhlər bu təşəbbüsü tənqid edən çoxlu sayda mesajlarla dolu olub. 

Powered by Froala Editor