ILGA World Holokost Anım Günü bəyanatı

Nasist rejimi dövründə 1933-1945-ci illər arasında homoseksual davranışa qarşı qanunları pozduqları üçün təxminən 100000 insanın həbs düşərgələrinə göndərildiyi məlumdur. "Bu gün biz onların həyatlarını xatırlayırıq və xatirələrini ehtiramla yad edirik," - deyə ILGA World qeyd edib.

Bu gün Holokost Anım Günüdür.

Məlumdur ki, 1933-1945-ci illər arasında Almaniyada nasist rejimi dövründə təxminən 100000 insan homoseksual davranışa qarşı qanunları pozduqları üçün həbs düşərgələrində göndərilərək həbsə məhkum edilmiş və ya çəhrayı üçbucaqlarla işarələnmişdir.

Minority Azərbaycanın da üzv olduğu ILGA World Holokost anım Günü ilə bağlı sosial media hesablarında nasist rejimi dövründə həbs edilərək həbs düşərgələrinə göndərilən homoseksualların xatirəsini yad edən bir mesaj yayımlayıb:

“1933-1945-ci illər arasında nasist rejimi dövründə homoseksual davranışa qarşı qanunları pozduğuna görə təxminən 100000 insan həbs edilib. Bu insanların çoxu həbsə məhkum edilmiş və ya konsentrasiya düşərgələrinə göndərilmiş, orada çəhrayı üçbucaqlarla işarələnmişdir.

Çəhrayı üçbucaqla işarələnənlərə əlavə olaraq, araşdırmalar göstərir ki, lezbiyan qadınlar qara üçbucaqlarla işarələnib və “antisosial” kimi təsnif edilib. Bu, nasist idarəçiliyindən qaçan və sərt rəftar və tibbi təcrübələrə məruz qalan (sosiuma) uyğun olmayanları, evsizləri və digərlərini əhatə edən geniş kateqoriyadır. Bu gün biz onların həyatını xatırlayırıq və xatirələrini ehtiramla yad edirik”.

Powered by Froala Editor