Çexiyanın Avroviziya 2025 mahnısı bəlli olub

Çexiyanın Avroviziya 2025 təmsilçisi ADONXS mahnısının adını öz sosial media hesabında açıqlayıb. Bu barədə 12xal məlumat verib. 

ADONXS-in Avroviziya 2025 mahnısı “Kiss Kiss Goodbye” adlanacaq. Mahnının akustik versiyası 4 fevral tarixində “Malta Eurovision Song Contest 2025”in ilk yarımfinalında təqdim ediləcək.

ADONXS 11 dekabrda Çexiya yayımçısı tərəfindən Avroviziya 2025 təmsilçisi olaraq açıqlanmışdı. Müğənni ikinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Qeyd edək ki, ADONXS açıq geydir və kuir insanların görünürlüğünü artırmaq məqsədi daşıyan və LGBTQİ+ icmasına dəstək üçün təşkil edilən bir neçə kampaniyada iştirak edib. O, həmçinin LGBTQİ+ reklam kampaniyasının siması olub və lüğətdəki "sevgi" tərifinin dəyişdirilməsi - müxtəlif seksual oriyentasiyaları və genderləri əhatə etməsi üçün mübarizə aparıb.

ADONXS 18 yaşlı bir oğlana “dəlicəsinə aşiq olduqdan” iki həftə sonra valideynlərinə gey açılıb.

Powered by Froala Editor