Madonna Trump administrasiyasını LGBTQİ+ azadlıqlarını 'sökməkdə' qınayıb

"Mübarizədən əl çəkməyin"

Pop ikonası Madonna bir daha Donald Trump-ın anti-LGBTQİ+ ritorikasına qarşı olduğunu bildirərək LGBTQİ+ları müdafiə edib.

Vogue sənətçisi yeni təyin olunmuş prezidentin son vaxtlar çoxlu icra sərəncamları ilə bağlı narahatlığını dilə gətirib. Trump administrasiyasının sərəncamlarının bir neçəsi ABŞ-da LGBTQİ+ların hüquqlarına mənfi təsir göstərir. 

66 yaşlı musiqi əfsanəsi X platformasında yazdığı bir yazıda yeni hökuməti LGBTQİ+ların hüquqlarını “yavaş-yavaş sökdüyünə” görə qınayıb

"Yeni Hökumətimizin illər boyu mübarizə apardığımız və qazandığımız bütün Azadlıqları yavaş-yavaş sıradan çıxarmasını izləmək çox üzücüdür," - deyə o, LGBTQİ+lara müraciət edərək yazıb. "Mübarizədən əl çəkməyin."

Trump administrasiyasının sərəncamları arasında transların orduya girməsinə qadağa, 19 yaşadək genderi təsdiq edən qayğıya qadağa və ABŞ hökumətinin rəsmi olaraq yalnız iki cinsi – “kişi” və “qadın” — tanıyacağına dair müraciətnamə də var.

Powered by Froala Editor