Baltic Pride 2025 proqramını elan edib

Təşkilatçılar Baltik Qürur Həftəsi 2025 proqramını dərc ediblər. Litvanın paytaxtı Vilnüsdə Qürur Həftəsi bu il iyunun 2-dən 8-dək keçiriləcək. Həftənin tədbirləri haqqında ətraflı məlumatı LGBTQİ+ Hüquqları üzrə Litva Milli Assosiasiyası (LGL) təqdim edib.

Yaradıcılıq məkanı Pride House bütün həftə açıq olacaq. Fevralın 28-dək mədəni, sosial və maarifləndirici tədbirlərin keçirilməsi üçün açıq çağırışı elan edilib. 

Baltic Pride 2025 iştirakçılarını gözləyir:

  • Filmlərdə Qürur — LGBTQİ+ filmlərinin nümayişi və müzakirəsi (4 iyun).

  • Pride Voices Qala Konserti - LaDiva Live tərəfindən idarə olunan drag şousu (5 iyun).

  • İş yerlərində qürur - İş yerində inklüzivliyin inkişafı üzrə konfrans (6-7 iyun)

  • Qürur yürüşü (7 iyun)

  • Qürur yürüşündən dərhal sonra Baltic Pride 2025 konserti (7 iyun)

Baltik Qürur Həftəsi hər il növbə ilə Riqa, Tallin və Vilnüsdə keçirilən tədbirdir. Qürur Həftəsi 2024 Riqada heç bir homofob hadisəsi olmadan baş tutub.

Powered by Froala Editor