Avroviziya qalibi İsrailin iştirakının qadağan olunmasını istəyir
Avroviziya qalibi JJ 2026-cı ildə Avstriyada keçiriləcək yarışmada İsrailin iştirakının qadağan olunmasını istəyir
24/May/25
105
Avroviziya qalibi JJ 2026-cı ildə Avstriyada keçiriləcək yarışmada İsrailin iştirakının qadağan olunmasını istəyir
2025-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi JJ öz ölkəsində – Avstriyada keçiriləcək 2026-cı il yarışmasında İsrailin iştirakının qadağan olunmasına çağırış edib.
17 may şənbə günü keçirilən Avroviziya finalında İsrailin iştirakçısı Yuval Raphael ictimai səsvermədə birinci yeri tutsa da, JJ-nin ictimai və münsiflər heyətinin birgə səsverməsində topladığı xallar ona “Wasted Love” (“Boşa Getmiş Sevgi”) mahnısı ilə ümumi qələbə qazandırıb.
Bu il müsabiqəyə qatılan iştirakçılara yarış zamanı digər ölkələrin nümayəndələri barədə mənfi açıqlamalar vermək qadağan olunsa da, artıq qalibiyyət rəsmi təsdiqləndiyinə görə, iştirakçılar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilərlər.
Qalib JJ İspaniyanın El País qəzetinə açıqlamasında deyib: “İsrailin hələ də müsabiqədə iştirak etdiyini görmək çox məyusedicidir.”
“Mən istərdim ki, gələn il Avroviziya Avstriyanın paytaxtı Vyanada İsrailsiz keçirilsin. Amma qərar AYİ-nın əlindədir. Biz, sənətçilər sadəcə bu məsələ ilə bağlı səsimizi ucalda bilərik.”
Avropa Yayım İttifaqının İsrailə 2025-ci ildə İsveçrənin Bazel şəhərində keçirilən yarışmada iştirak imkanı verməsi yerli etirazlara səbəb olub. Etirazçılar Avroviziyanın məşhur firuzəyi xalçası boyunca toplanaraq Yuval Raphael-ə qarşı etiraz sədaları ucaldıblar.
Powered by Froala Editor