Coan Roulinq deyir ki, Albus Dambldor və Gellert Qrindevaldın münasibətlərində “seksual meyar” var idi və bu münasibət “ehtiraslı” və “intensiv" idi.


Harri Potterin pərəstişkarları uzun müddət idi ki, 53 yaşlı Roulinqin Xoqvarts direktorunun gey olduğunu və öz keçmiş dostuna aşiq olduğunu təsdiq edəndən sonra bu cütlüyün münasibətlərinin statusu haqqında düşünürdülər.

Buna baxmayaraq, nə filmlərdə, nə də kitablarda heç bir şey öz əksini tapmamışdı və pərəstişkarlar yalnız təxmin etməyə çalışırdılar ki, qara maq Dambldorun hisslərinə qarşılıq verirdimi?


“Fantastik məxluqlar: Qrindelvaldın cinayətləri Blu-Rey” yayımındakı “Fərqli Dambldor” qısametrajlı filmində Roulinq belə dedi: “Onların münasibəti inanılmaz intensiv idi. Bu, olduqca ehtiraslıydı, və bu, sevgi münasibətləri idi. Lakin istənilən münasibətlərdə olduğu kimi, geylərdə, heteroseksuallarda və ya qoyduğumuz istənilən başqa yarlıklarda heç kim digərinin əslində nə hiss etdiyini bilə bilmir. Siz bilmirsiz, bildiyinizə inanmırsız.”

Daha sonra Coan əlavə etdi ki, məsələnin seksual tərəfləri ilə daha az maraqlanır: “Mən  hesab edirəm ki, bu münasibətlərdə seksual meyar da var, mən onların bir-birilərinə hiss etdiyi emosiyaları duyuram, bu da nəhayət, bütün insan münasibətləri arasında ən həyəcanverici məfhumdur.”

Rejissor Devid Yeyts də öz töhfəsini verərək, bunları dedi: “Bu, bir-birilərini sevmiş olan və sonra bir-birinə qarşı mübarizə aparan iki kişi haqqında hekayədir. Bu, 21-ci əsrin hekayəsidir.”

Eyni zamanda o, əlavə etdi ki: “Mən çox istəyərdim güman edim ki, Dambldor hələ də Qrindevalda qarşı bu bağlılığı hiss etmiş olsun.”

“Təkcə təəssüf hissi deyil, həm də iki kişi arasında mövcud olmuş bir sevgi var idi.”


Filmin franşizası hələ ki, cütlük arasında seksual münasibətlərə eyham nümayiş etdirməyib və fanatlar növbəti filmlərdə nələrin olacağını gözləməlidirlər.

Bir şeyi dəqiq demək olar ki, Dambldor və Qrindevaldın münasibətləri şübhəsiz ki, pozulacaq. Kitab seriyalarının oxucuları isə artıq bilir ki, cütlük 1945-ci ildə epik ikili olaraq üz-üzə gələcək.


“Fantastik məxluqlar: Qrindevaldın cinayətləri”  - Harri Potterin beş hissəli prikvelinin ikinci hissəsidir.

Növbəti hissəsinin təxmin edilən yayım tarixi var, dekabrda isə Roulinq üçüncü hissəsini yazıb bitirdiyini təsdiq etmişdi.

Hesab olunur ki, Conni Depp (Qrindevald) və Cud Lou (Dambldor), eləcə də Nyut Skamanderi oynayan Eddi Redmeyn yenə də öz rollarını ifa edəcəklər.


Mənbə: DailyMail