Erdoğan: “LGBT hərəkatı faşizm və təzyiq formasına çevrilib”
Bu yaxınlarda İstanbulda ölkədə doğum səviyyəsinin azalması probleminə həsr olunmuş Beynəlxalq Ailə Forumu keçirilib
26/May/25
101
Erdoğan: “LGBT hərəkatı faşizm və təzyiq formasına çevrilib”
Bu yaxınlarda İstanbulda ölkədə doğum səviyyəsinin azalması probleminə həsr olunmuş Beynəlxalq Ailə Forumu keçirilib. Recep Tayyib Erdoğan yenidən hər şeydə LGBTQİ+ icmasını günahlandırmağa qərar verib.
Erdoğanın fikrincə, LGBTQİ+ hərəkatı milli təhlükəsizliyə təhdid yaradır və buna görə də, Türkiyə hökuməti “buna qarşı bütün qətiyyəti ilə mübarizə aparacaq”. Üstəlik, Erdoğan üçün LGBTQİ+ ilə mübarizə “insanlığın ləyaqəti, azadlığı və gələcəyi uğrunda mübarizə” deməkdir.
“LGBT adlanan bu sapqın hərəkat hər hansı digər ideologiyanı rədd edən faşizm və təzyiq formasına çevrilib (…) Bəzi müxalifət partiyaları və bəzi qadın təşkilatları bu sapqın hərəkatı dəstəkləsə də, cinsiyyətsizləşdirmə layihələri milli təhlükəsizliyimizə təhdid yaradır,” – deyə Türkiyə prezidenti çıxışında qeyd edib.
O əlavə edib ki, “sənətçilər, iş adamları, siyasətçilər və alimlər sadəcə LGBT bəlasını tənqid etdiklərinə görə linç olunur və diri ölülərə çevrilirlər”. Nəticədə Erdoğan 2026–2035-ci illəri Türkiyədə “Ailə və əhali onilliyi” elan edib.
Recep Tayyib Erdoğan mütəmadi olaraq homofob bəyanatlarla çıxış edir. Onun gözünə hətta olmayan yerlərdə də göy qurşağı bayraqları görünüb, o, “sapqın meyllərlə” mübarizə elan edib, “gender neytrallığının təbliği” səbəbilə Avroviziyanı biabırçılıq adlandırıb və “LGBT təbliğatı” səbəbilə Olimpiadanın açılışına qatılmaqdan imtina edib.
Powered by Froala Editor