“Səs Azərbaycan”ın qalibi Cəmilə Həşimova olub
“Səs Azərbaycan”ın qalibi məlum olub
27/May/25
147
“Səs Azərbaycan”ın qalibi Cəmilə Həşimova olub
Aylardır davam edən və ölkə musiqisevərlərinin böyük maraqla izlədiyi “Səs Azərbaycan” layihəsinin üçüncü mövsüm qalibi məlum olub. Bu barədə 12xal məlumat verib.
Finalda Röya Ayxanın komandasında yarışan Cəmilə Həşimova 45% tamaşaçı səsi toplayaraq yarışmanın qalibi adına layiq görülüb.
Final gecəsi Cəmilə Həşimova səhnəyə üç fərqli ifa ilə çıxaraq həm vokal bacarığını, həm də səhnə performansını ortaya qoyub. İlk olaraq Cəmilə Alla Pugaçovanın məşhur “Позови меня с собой” mahnısını səsləndirib.
İkinci solo ifasında isə Cəmilə Azərbaycan musiqisinin klassik nümayəndələrindən olan Akif İslamzadənin “Bu gecə” adlı tanınmış əsərini təqdim edib.
Son olaraq, mentoruyla birgə səhnəyə çıxan Cəmilə Röya Ayxanın “Ağlama” adlı sevilən hitini ifa edib.
Finalda ümumi nəticələr aşağıdakı kimi olub:
2-ci yer: İlqar Bəkirov – 22% (Zülfiyyə Xanbabayeva komandası)
3-cü yer: Sanat Asuat – 20% (Eldar Qasımov komandası)
4-cü yer: Fuad Mehdiyev – 13% (Murad Arif komandası)
Powered by Froala Editor