Demi Lovato Jordan “Jutes” Lutes ilə evlənib

Demi Lovato və Jordan “Jutes” Lutes artıq rəsmi olaraq evlidirlər — onların nişanı 2023-cü ildə baş tutub.

Qeyri-binar müğənni (she/her və they/them əvəzliklərindən istifadə edir) və müğənni-bəstəkar Jutes 25 may bazar günü Kaliforniyada qapalı bir mərasimdə ailə həyatı qurublar.

Lovato mərasimdə ipək atlasdan hazırlanmış, korsetli və ürək formalı dekoltesi olan Vivienne Westwood gəlinliyi ilə göz qamaşdırıb. Vogue jurnalına danışan Lovato deyib: “Hansı gəlinlik stilini istədiyimi düşünəndə, tez-tez Vivienne-in dizaynlarına qayıdırdım—xüsusilə də, onun siluetlərinin bədənin qıvrımlarını necə vurğulamasına və korsetlərdən istifadəsinə görə.”

Powered by Froala Editor