Meta İrandan qaynaqlanan saxta şəbəkəni silib

Meta koordinasiyalı saxta davranışa qarşı siyasətini pozduğuna görə Facebookda 17 hesabı, 22 səhifəni və Instagramda 21 hesabı silib. Metanın hesabatına görə, bu şəbəkə İranda yaradılıb və Azərbaycan və Türkiyədə azərbaycandilli auditoriyanı hədəf alaraq Meta platformaları, Twitter, YouTube və öz vebsaytları daxil olmaqla bir neçə internet xidmətində fəaliyyət göstərib. 

Bu fəaliyyətin arxasında duran şəxslər saxta hesablardan istifadə ediblər – bəziləri Meta avtomatik sistemlərinin istintaqından əvvəl aşkarlanıb və deaktiv edilib – bu saxta hesablarla qrup və səhifələrdə paylaşım edib, şəbəkənin öz məzmununa şərhlər yazaraq onu daha populyar göstərməyə çalışıblar. Bu hesabların çoxu qadın jurnalistlər və Fələstin tərəfdarı kimi təqdim olunub. Əməliyyat həmçinin #palestine, #gaza, #starbucks, #instagram kimi populyar həştəqlərdən istifadə edib ki, bu da ictimai diskussiyalara süni şəkildə daxil olmaq cəhdi olub.

Meta bu şəbəkəni Google Threat Intelligence Group tərəfindən bölüşülən fəaliyyətlər əsasında araşdırma apardıqdan sonra aşkarlayıb. Meta həmçinin bu əməliyyat ilə OpenAI və Microsoft tərəfindən 2024-cü ilin avqust ayında hesabatlaşdırılmış STORM-2035 fəaliyyətləri arasında əlaqələr tapıb.

Facebook və Instagram-da mövcudluq:

  • Facebook-da 17 hesab, 22 səhifə

  • Instagram-da 21 hesab

İzləyici sayı:

  • Təxminən 44,000 istifadəçi bu səhifələrdən birini və ya bir neçəsini izləyib

  • Təxminən 63,000 istifadəçi bu Instagram hesablarından birini və ya bir neçəsini izləyib

Reklam xərcləri:

  • Təxminən 70 ABŞ dolları dəyərində reklam xərcləri, əsasən ABŞ və Kanada dolları ilə ödənilib.

Powered by Froala Editor