ILGA-Avropa-dan anti-LGBTİ+ qanun layihəsinə dair açıqlama

“Heç vaxt qəbul edilməməlidir”

ILGA-Avropa Türkiyənin mühafizəkar partiyası olan HÜDA-PAR-ın aprel ayında parlamentə təqdim etdiyi anti-LGBTİ+ qanun layihəsi və mart ayında gündəmə gətirilən, lakin 10-cu Məhkəmə Paketi çərçivəsinə daxil edilməyən anti-LGBTİ+ qanun layihəsi ilə bağlı açıqlama yayıb.

Təşkilat açıqlamasında qeyd edib ki, sözügedən qanun layihəsi və onun ilkin variantı hakimiyyətin mülki hüquqlara və demokratiyaya qarşı təzyiqinin bir hissəsidir və vurğulayıb: “Son aylarda saxlanılanlar arasında sənətçilər, insan hüquqları müdafiəçiləri, vəkillər, siyasətçilər və jurnalistlərlə yanaşı, LGBTİ+ hüquqları müdafiəçiləri də yer alır.”

ILGA-Avropa-nın Vəkillik Direktoru Katrin Hugendubel bu qanun layihəsi ilə bağlı belə deyib:

“Bu ayrıseçkilik xarakterli dəyişikliklər Türkiyədə əsas hüquqlara qarşı daha genişmiqyaslı bir hücumun və demokratiyanın kəskin şəkildə geriləməsinin bir hissəsi kimi qiymətləndirilməlidir. Bu dəyişikliklər LGBTİ+ icmasına qarşı ayrıseçkiliyi artırır, beynəlxalq əsas hüquq standartlarına və Türkiyə Konstitusiya Məhkəməsinin qərarlarına ziddir, ifadə azadlığı hüququnun daha da məhdudlaşdırılmasına səbəb olur. Bu qanun layihəsi heç bir halda qəbul edilməməlidir.”

Powered by Froala Editor