Puerto Riko “X” gender markerini təsdiqləyib
Yerli akktivistlər bu addımı tarixi qərar adlandırıb
06/Jun/25
66
Puerto Riko “X” gender markerini təsdiqləyib
Yerli akktivistlər bu addımı tarixi qərar adlandırıb.
Puerto-Rikoda qeyri-binari və gender-nonkonform şəxslər artıq doğum şəhadətnamələrində “X” gender markerini seçə biləcəklər. Ali Məhkəmə bu qərarı altı qeyri-binari şəxsin qubernator və səhiyyə nazirinə qarşı qaldırdığı iddianı təmin etməklə qəbul edib. Onlar rəsmi sənədlərdə gender identifikasiyalarının tanınmasını tələb ediblər.
La Federación LGBTQ+ de Puerto Rico təşkilatının prezidenti Pedro Julio Serrano bu qərarı tarixi adlandıraraq, bərabərlik yolunda vacib bir addım olduğunu vurğulayıb.
Eyni zamanda, qubernator Jenniffer Qonsales Kolon jurnalistlərə bildirib ki, qərarın ardından Ədliyyə Nazirliyindən tövsiyələr gözləyir.
Xatırladaq ki, Puerto-Riko ABŞ-ın məhdud muxtariyyətə malik ərazisidir və yerli hakimiyyət federal məhkəmə qərarlarını nəzərə almağa məcburdur. Hələ 2017-ci ildə ABŞ federal məhkəməsi Puerto-Rikoda transların doğum şəhadətnamələrində gender markerini dəyişmək hüququna malik olduğunu qərara almışdı. İndi isə qeyri-binari şəxslər üçün də oxşar bir irəliləyiş baş verib.
Powered by Froala Editor